Ağdamda fəhlə betonqarışdıranın altında qalaraq öldü

13-11-2025, 08:09 · hadise · vasif
Ağdamda fəhlə betonqarışdıranın altında qalaraq öldü


Ağdamda 24 yaşlı fəhlə faciəli şəkildə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən inşaat sahəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Sabir Camili hərəkətdə olan betonqarışdıran maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Ağdamda fəhlə betonqarışdıranın altında qalaraq öldü