İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

1-10-2025, 08:11 · siyaset · vasif


Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib.

Ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Mənbə: İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb