Santuş istefaya göndərildi - Rəsmi

8-09-2025, 08:27 · idman · vasif
Santuş istefaya göndərildi - Rəsmi


Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Qeyd olunub ki, millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Xatırladaq ki, o, ötən ilin iyun ayında yığmamızın baş məşqçisi təyin olunmuşdu.

Mənbə: Santuş istefaya göndərildi - Rəsmi