Ordumuzun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

9-04-2025, 05:22 · hadise · vasif
Ordumuzun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub


Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Mənbə: Ordumuzun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub