Prezident iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi — SƏRƏNCAM

24-02-2020, 19:59 · gundem / siyaset · vasif
Prezident iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi — SƏRƏNCAM

İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
İ.Qurbanov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mənbə: Prezident iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi — SƏRƏNCAM