Türkiyə yenə silkələndi — 4.7 bal gücündə zəlzələ

24-02-2020, 06:18 · dunya · vasif
Türkiyə yenə silkələndi — 4.7 bal gücündə zəlzələ


Türkiyənin qərbində 4.7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

Məlumata görə, təkanlar yerli vaxtla saat 2: 43-də qeydə alınıb. Zəlzələnin episentri İzmir şəhərindən 89 kilometr şimal-şərqdə və Manisa şəhərindən 56 kilometr şimal-şərqdə yerləşib. Mənbənin dərinliyi 7 kilometr olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Mənbə: Türkiyə yenə silkələndi — 4.7 bal gücündə zəlzələ