Xəbər lenti
» » Bakıda şok olay: xanım bələdiyyə sədri ilə müavini əlbəyaxa oldu

Bakıda şok olay: xanım bələdiyyə sədri ilə müavini əlbəyaxa oldu

Tarix: 18 iyun 13:37
Bakıda şok olay: xanım bələdiyyə sədri ilə müavini əlbəyaxa oldu


Bakının Binəqədi rayonu, Binəqədi Rayon Bələdiyyələr Şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Starə Cabbarlı ilə müavini Sabir Həsənov əlbəyaxa dava edib.

PATRIOT.az bizimyol.info-ya istinadən xəbər verir ki, davaya səbəb sədr Starə Cabbarlının Sabir Həsənovu müavin vəzifəsindən uzaqlaşdırmaq istəyi olub.

Belə ki, bələdiyyənin sədr müavini Sabir Həsənov öz kabinetində, bələdiyyənin digər üzvləri ilə vergi yığımları haqda danışırmış. Elə bu vaxt otağa daxil olan xanım sədr, müavini alçaldıcı sözlərlə təhqir edib. Bununla da kifayətlənməyən Starə Cabbarlı, Sabir Həsənovun yaxasından tutaraq onu bələdiyyədən qovduracağını bildirib.

Məsələdən xəbər tutan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov birinci müavini İlqar Süleymanovu və YAP-ın Binəqədi rayon təşkilatının sədri, rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən Ramiz Göyüşovu dərhal bələdiyyəyə göndərib. Bələdiyyəyə gələn müavin və sədr onları sakitləşdiriblər.

Daha sonra məlum olub ki, bələdiyyə sədrinin Sabir Həsənovu vəzifəsindən uzaqlaşdırmaq istəməsinin səbəbi vaxtilə Vergilər Nazirliyində çalışan və hazırda Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlovu Sabir Həsənovun yerinə gətirməkdir. Guya bununla bələdiyyədə vergi yığımının vəziyyətini yaxşılaşdırmaq istəyir.

Qeyd edək ki, xəbərdə Binəqədi bələdiyyəsinin üzvü olan Rasim Gözəlovun vaxtı ilə işində yol verdiyi nöqsanlara görə nazir Fazil Məmmədovun əmri ilə vəzifəsindən kənarlaşdırıldığı da bildirilib.


PATRIOT.AZ
 Oxunub: 292 


Oxşar xəbərlər:
Ən çox oxunanlar