Xəbər lenti
» » Baş nazirin müavini “Lələtəpə”də - Fotolar

Baş nazirin müavini “Lələtəpə”də - Fotolar

Tarix: 18 may 10:42
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar


Mayın 16-da Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

“PATRIOT” Azərtac-a istinadən xəbər verir ki, Füzuli rayonuna səfəri zamanı Əli Həsənov əvvəlcə aprelin ilk günlərində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə gəlib, burada əsgərlər və zabitlərlə görüşüb.

“Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Əminik ki, İlham Əliyev kimi Ali Baş Komandanı olan qüdrətli Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı tezliklə düşməndən azad edəcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”, - deyə Əli Həsənov vurğulayıb.

Mayın 17-də Əli Həsənov Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınan qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

Burada inşaat işlərini yerinə yetirən şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə müvafiq müzakirələr aparılıb. Baş nazirin müavini qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Əli Həsənov Ağdam və Tərtər rayonlarına gələrək apreldə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərə baxıb.
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar
Baş nazirin müavini “Lələtəpə”də - Fotolar

PATRIOT.AZ
 Oxunub: 560 


Oxşar xəbərlər:
Ən çox oxunanlar