Xəbər lenti
» » Mayın sonu əfv olmayacaq

Mayın sonu əfv olmayacaq

Tarix: 13 may 15:39
Mayın sonu əfv olmayacaq


"May ayında əfv gözlənilmir".

"PATRIOT" xəbər verir ki, bu sözləri QHT-lərin fəaliyyəti mövzusunda hüquq müdafiəçilərinin mətbuat konfransında Səidə Qocamanlı deyib.

O bildirib ki, işçi qrupu fəaliyyətini davam etdirir: "OMON-çular 20 ildən çoxdur ki, həbsdədirlər. Biz çalışırıq ki, bu dəfə onlar əfv olunsun".

Daha sonra Novella Cəfəroğlu çıxışında hüquq müdafiəçilərini ittiham edib:

"Hamı adını Hüquq müdafiəçisi qoyub. Ancaq siyasi məhbus işindən başqa heç nəylə maraqlanmırlar. Bu gün minlərlə insanın hüquqları pozulur. Nə qədər insanı həbsdən buraxdırmışıq. İşçi qrupumuz beynəlxalq təşkilatlarla danışıb, ondan sonra siyasi məhbuslar çıxdı. Bir dənə siyasi məhbus plakatı yayan hüquq müdafiəçisi deyin ki, başqa işlərin arxasınca da getsin. İnsanlara qarşı ayrı seçkilik etmək olmaz".

PATRIOT.AZ
 Oxunub: 241 


Oxşar xəbərlər:
Ən çox oxunanlar