Xəbər lenti
» » “Şəki İpək” ASC fəaliyyətini dayandırıb?

“Şəki İpək” ASC fəaliyyətini dayandırıb?

Tarix: 14 avqust 18:33
“Şəki İpək” ASC fəaliyyətini dayandırıb?


“Şəki İpək” ASC ipək kombinatında istehsalat tamamilə dayanıb. Dünəndən müəssisənin bütün işçiləri (600 nəfərə yaxın adam) ödənilməyən məzuniyyətə göndərilib. Bundan öncə işçilərə yalnız may ayının əməkhaqqı verilib.

Bu barədə Turan-a müəssisənin işçiləri bildiriblər. Onlar ASC-nin fəaliyyətinin nə zaman bərpa olunacağını bilmirlər.

Kombinat çoxdandır ki, ipək istehsal etmir, yalnız pambıq məhsullar buraxır ki, bu da Rusiya və Türkiyəyə ixrac edilir. İstehsal həcmi azalıb.

Kombinat rəhbərliyindən və İqtisadi İnkişaf Nazirliyindən şərh almaq mümkün olmayıb.

Qeyri-rəsmi məlumatlara görə, “Şəki İpək” ASC Azərbaycan Beynəlxalq Bankı SC-nin borclularından biridir və ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyevin işi ilə bağlı olub.

PATRIOT.AZ
 Oxunub: 181 


Oxşar xəbərlər:
Ən çox oxunanlar