Xəbər lenti
» » Putin o 2 prezidenti niyə təbrik etmədi? - Rəsmi açıqlama

Putin o 2 prezidenti niyə təbrik etmədi? - Rəsmi açıqlama

Tarix: 10 may 17:08
Putin o 2 prezidenti niyə təbrik etmədi? - Rəsmi açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Putinin Qələbə Günü ilə bağlı Poroşenko və Marqvelaşvilini təbrik etməməsinin səbəbini açıqlayıb.

“PATRIOT.AZ” Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov nədən Putinin adından yazılan təbrik teleqramının digər ölkə liderlərinə birbaşa ünvanlandığı halda, Ukrayna və Gürcüstanın ancaq vətəndaşlarına şamil olunmasına aydınlıq gətirib.

Mətbuat katibi bildirib ki, jurnalistlər bilməli idilər ki, Gürcüstanla, həmçinin Ukrayna ilə rəhbərlik səviyyəsində dialoq yoxdur:

“Dövlət başçısı dəfələrlə bildirib ki, dövlətlərarası səviyyədə olan böhran xalqlar arasındakı mehriban hisslər və ənənələrə təsir etməməlidir. Buna görə də prezidentin təbriki liderlərə deyil, xalqlara ünvanlanmışdı”.

Xatırladaq ki, mayın 8-də Kremlin saytında prezident Putinin Qələbə Günü ilə bağlı təbrik məktubu yayımlanmışdı. Təbrik Azərbaycan, Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan, Moldoviya, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya və Cənubi Osetiya liderlərinə ünvanlansa da, Gürcüstan və Ukraynada xalqlara şamil olunmuşdu.

PATRIOT.AZ
 Oxunub: 321 


Oxşar xəbərlər:
Ən çox oxunanlar