Xəbər lenti
» » Bakıda ər arvadının boğazını kəsdi

Bakıda ər arvadının boğazını kəsdi

Tarix: 02 may 15:06
Bakıda ər arvadının boğazını kəsdi

Bu gün səhər saatlarında Bakıda da ailə məişət zəmnində qanlı hadisə baş verib.

Admiral.az-ınn məlumatına görə, hadisə saat 07 radələrində Suraxanı rayon, Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 45 yaşlı Eldəniz Yusifov həyat yoldaşı Yusifova Ceyhunə Şükür qızını bıçaqlayıb. Kişi arvadına boyunu kəsib. Daha sonra özünü vurub.

Hadisə nəticəsində hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər qadının səhhətinin daha ağır olduğunu bildirirlər.

Hadisəni araşdıran müstəntiq Şamil Şəmmədli Admiral.az-a bildirib ki, hazırda məsələ araşdırılır. Hər iki şəxs ağır olduğu üçün onları dindirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, analoji hadisə Gəncədə də baş verib. Şəhər sakini, 1969-cu il təvəllüdlü Rəfiqə Musayeva boğazı kəsilmiş və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən qadının vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, R. Musayevanı həyat yoldaşı münaqişə zəminində bıçaqlayıb.

PATRIOT.AZ
 Oxunub: 276 


Oxşar xəbərlər:
Ən çox oxunanlar