Xəbər lenti
» » “Ermənilər davam etsələr...” - Müdafiə Nazirliyindən sərt xəbərdarlıq

“Ermənilər davam etsələr...” - Müdafiə Nazirliyindən sərt xəbərdarlıq

Tarix: 27 aprel 15:19
“Ermənilər davam etsələr...” - Müdafiə Nazirliyindən sərt xəbərdarlıq


Müdafiə Nazirliyi Azərbaycan silahlı bölmələrinin işğal atındakı yaşayış məntəqələrini atəşə tutması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.

“PATRIOT”un məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin guya, ermənilərin dinc sakinlərini atəşə tutması barədə düşmən mətbuatında yayılan informasiyalar kökündən yalandır.

Azərbaycan Ordusu yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir:

“Bizim dinc əhali ilə işimiz yoxdur. Biz düşmənin yalnız atəş nöqtələrinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endiririk. Onlar isə bizdən fərqli olaraq, yaşayış evlərini iriçaplı silahlardan atəşə tuturlar. Ermənilərin endirdiyi zərbələr nəticəsində Tərtərdə xeyli sayda yaşayış evinə ziyan dəyib. Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, biz də onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq”.


PATRIOT.AZ
 Oxunub: 682 


Oxşar xəbərlər:
Ən çox oxunanlar