Xəbər lenti
» » Bakıda güclü partlayış - Obyektlərə və maşınlara zərər dəydi + Fotolar + Yenilənib

Bakıda güclü partlayış - Obyektlərə və maşınlara zərər dəydi + Fotolar + Yenilənib

Tarix: 25 aprel 09:31
Bakıda güclü partlayış - Obyektlərə və maşınlara zərər dəydi + Fotolar + Yenilənib


Bu gün səhər saat 9.00-da “Xalq bank”ın anbarında güclü partlayış baş verib.

“PATRIOT”un ann.az-a istinadən verdiyi məlumata görə, hazırda ərazi təmamilə mühasirəyə alınıb. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.

Qeyd edək ki, “Xalq bank”ın baş ofisi İnşaatçılar prospektində “Elmlər akademiyası” metro stansiyasının şaxtasının üstündə yerləşir.

Partlayışın səbəbi bilinmir.

***

Bakıda partlayış olub. Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 100 ünvanında- "Xalq bank"ın yaxınlığında qeydə alınıb. Yasamal rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, partlayış avtomobil qarajlarından birində bu gün səhər saatlarında qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, yaxınlıqdakı digər qarajlara və ərazidəki avtomobillərin bəzilərinə ciddi zərər dəyib.

Hadisəyə ilkin ehtimal qaz sızması göstərilir, lakin daha dəqiq səbəblərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb.


Hazırda hadisə yerində araşdırma aparılır.
Bakıda güclü partlayış - Obyektlərə və maşınlara zərər dəydi + Fotolar + Yenilənib
Bakıda güclü partlayış - Obyektlərə və maşınlara zərər dəydi + Fotolar + Yenilənib
Bakıda güclü partlayış - Obyektlərə və maşınlara zərər dəydi + Fotolar + Yenilənib

PATRIOT.AZ
 Oxunub: 293 


Oxşar xəbərlər:
Ən çox oxunanlar