Xəbər lenti
» » "Atabank“ın rəhbərliyi Elnur Osmanovla necə anlaşdı?

"Atabank“ın rəhbərliyi Elnur Osmanovla necə anlaşdı?

Tarix: 13 aprel 11:42
"Atabank“ın rəhbərliyi Elnur Osmanovla necə anlaşdı?


Babaşlı Dəyanət Quliyevin Elnur Osmanovla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etməsinin qarşısını alıb

“AtaBank” ACS-nin İdarə Heyətinin üzvü Elnur Osmanovun müəmmalı istefası ilə bağlı oxucularımıza ətraflı məlumat vermişdik. Həmin məlumatlarda qeyd etmişdik ki, Elnur Osmanovun bank adından məhkəməyə saxta arayış təqdim etməsindən sonra həmin vaxt bankın İdarə Heyətinin sədri olan Etibar Babaşlı çətin vəziyyətlə üzləşib. Sonda Elnur Osmanov İdarə Heyətindən uzaqlaşdırılıb.

Ancaq saytımıza məlumat verən mənbənin iddiasına görə, Elnur Osmanov heç də öz xoşu ilə istefa ərzəsi yazmayıb. İdarə Heyətinin keçmiş üzvü məcburi məzuniyyətə göndərilib, daha sonra isə istefa ərizsi yazması ilə bağlı ona xəbərdarlıq edilib. AzFakt.com-a Elnur Osmanovun bankdan necə uzaqlaşdırılması ilə bağlı mənbə yeni ilginc məlumat verib. Həmin məlumatda qeyd olunur ki, saxta arayış problemi ortaya çıxdıqdan sonra yanvar ayında Elnur Osmanov məzuniyyətə göndərilib. Etibar Babaşlı dostunu qorumaq üçün məzniyyət metodundan istifdə edərək, vəziyyəti dəyişməyə çalışıb. Çünki həmin vaxt Elnur Osmanov işdən çıxmaq istəmədiyini və bankda başqa bir vəzifədə qalmaq istəməsi ilə bağlı danışıqlar aparıb. Ancaq Etibar Babaşlı problemin dərinləşməsindən və baş verənlərin bir ucunun da ona çatacağından ehtiyyat edərək Elnur Osmanovu istefaya razı sala bilib.

İddiaya görə, Elnur Osmanovun istefa verməsindən sonra bankın İdarə Heyəti onunla bağlı bir neçə dəfə yığıncaq keçirərək öz aralarında bu problemin çözülməsi yollarını axtarıblar. Həmin vaxtlarda isə “AtaBank”ın İdarə Heyətində dəyişiklik olub. Belə ki, Etibar Babaşlı sədr vəzifəsindən gedib, onu Dəyanət Quliyev əvəzləyib. Mənbəmiz qeyd edir ki, Dəyanət Quliyev İdarə Heyətinin iclasında Elnur Osmanovun bankın adından süi-istifadə edərək maxinasiyalara yol verməsi barədə prokurorluğa şikayət edilməsini istəyib. Ancaq İdarə Heyətinin digər üzvü Etibar Babaşlı məsələnin belə sərt şəkildə yox, Elnur Osmanovla danışılaraq yoluna qoyulması təklifini irəli sürüb.

Məlumatlı şəxs iddia edir ki, əslində Elnur Osmanov özü şəxsən bank rəhbərliyinə mesaj göndərərək, onunla bağlı məsələlərin qapadılmasını və “AtaBank” ASC-də işləyən qardaşına toxunulmaması xəbərdarlığını edib. İddiaya görə, Elnur Osmanov onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcəyi təqdirdə bank rəhbərliyində çalışan, başda Etibar Babaşlı olmaqla bir çoxlarının yol verdiyi maliyyə maxinasiyalarını ortaya qoyacağını dilə gətirib. İnformasiya mənbəmiz iddia edir ki, Elnur Osmanovun bu xəbərdarlığından sonra “AtaBank” ASC rəhbərliyi prokurorluğa müraciət etmək fikrindən daşınıb. Ancaq keçmiş İdarə Heyəti üzvünə açıq şəkildə deyiblər ki, qanunsuz yolla və bankdakı vəzifəsindən süi-istifadə edərək əldə etdiyi milyonların bir hissəsini qaytarmalıdır. Mənbəmiz qeyd edir ki, Etibar Babaşlı bankın tələbinin bir hissəsinin Elnur Osmanov tərəfindən qəbul edilməsini həll edib. Yəni o, dostunu razı sala bilib. Elnur Osmanovun bu razılığı Dəyanət Quliyevi də razı salıb.

Mənbəmiz onu da qeyd edir ki, Elnur Osmanovla Etibar Babaşlı Göyçay rayonun Yalman və Lək kəndlərində şəriklli torpaq və üzüm bağları alıblar. Həmin ərazilərin qiyməti isə milyon manata yaxındır.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

PATRIOT.AZ
 Oxunub: 271 


Oxşar xəbərlər:
Ən çox oxunanlar