Xəbər lenti
» » Cavanşir Feyziyev rəqiblərini hədəfə alıb

Cavanşir Feyziyev rəqiblərini hədəfə alıb

Tarix: 11 aprel 12:19
Cavanşir Feyziyev rəqiblərini hədəfə alıb


Avromed» yeni dizaynda apteklər inşa etdirməklə kiçik aptekləri bazardan sıxışdırıb çıxarmağa çalışır 2002-ci ilin aprel ayında fəaliyyətə başlayan «Avromed Company» MMC-nin bu gün paytaxt Bakıda mərkəzi ofisi, eyni zamanda Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofisi fəaliyyət göstərməkdədir. Müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika və digər qurumların daxil olduğu «Avromed» 900-ü dövlət, 200-dən çoxu «Dokta» şəbəkəsi daxil olmaqla ölkə ərazisində fəaliyyət göstərən 1800 aptekin təchizatçısıdır. Təbii, bütün bunlar millət vəkili Cavanşir Feyziyevin sahibi olduğu şirkətin ölkənin dərman bazarında inhisarçı mövqeyə sahib olduğunu bir daha əyani şəkildə təsdiqləyir. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, paytaxtda yerləşən Mərkəzi Klinik Xəstəxana, Mərkəzi Neftçilər Xəstəxanası, Leyla Şıxlinskayanın Klinikası, Mərkəzi Klinik Xəstəxanası, MediClub, eləcə də Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ən iri xəstəxanalar, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və bir sıra dövlət qurumları nəzdində olan müalicə müəssisələri də «Avromed» şirkətinin müştəriləridir. Bundan əlavə, ötən ilin dekabr ayının 25-də Tarif Şurasının növbəti iclasının keçirildiyini və bu zaman daha 1510 yeni dərman vasitəsinin qiymətlərinin, həmçinin Şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətlərinin müəyyənləşdirildiyini vurğulayan mənbə iddia edir ki, hazırda məhz «Avromed Company» MMC-nin inhisarçı mövqeyi nəticəsində dərman bazarında qiymət hərc-mərcliyi hökm sürməkdədir: «Belə ki, Tarif Şurasının qiymətləri tənzimlənən dərman siyahısından əlavə elə preparatlar var ki, onların qiymətini məhz Cavanşir Feyziyevin sahibi olduğu şirkət müəyyənləşdirir. Təbii, bu da öz növbəsində dərman bazarında süni bahalaşmaya zəmin yaradır. Misal kimi bir neçə dərman pereparatının qiymətində müşahidə olunan bahalaşmanı göstərmək olar. Məsələn, əvvəllər 8 manat 15 qəpiyə satılan «Kanefron» tabletinin hazırkı qiyməti 13 manat 64 qəpik, əvvəllər 3 manat 79 qəpiyə satılan «Pantap» dərmanının qiyməti isə 5 manat 50 qəpiyə qədər qalxıb. Halbuki «Pantap»ın rəsmi sənəddə qiyməti 4 manat 34 qəpikdir. Ümumiyyətlə, «Avromed Company» MMC-nin qiymətləri ilə Tarif Şurasının tənzimlənən dərmanlar cədvəli arasında müqayisə apardıqda aydın şəkildə görünür ki, Cavanşir Feyziyevin sahibi olduğu şirkət qanunlara məhəl qoymadan öz bildiyini edir, dərmanları öznünün müəyyənləşdirdiyi qiymətlə satışa təqdim edir». Şəbəkələşmiş dərman satışı ilə məşğul olan şirkətlərin heç birinin «Avromed»lə rəqabət apara biləcək gücdə olmadığını deyən məlumatlı şəxsin sözlərinə görə, Cavanşir Feyziyev əlində olan imkanlardan yararlanaraq digər dərman firmalarının qarşısında süni sipərin çəkilməsinə nail olub: «Bir qədər öncə də qeyd etdiyim kimi, bu gün ölkənin dərman bazarı məhz «Avromed»in nəzarətindədir. Yəni bu şirkət inhisarçı mövqeyindən istifadə edərək istədiyi qiyməti tətbiq edir, onun qərib olan digər şirkətləri müxtəlif yollarla «neytrallaşdırır». Hələ bu, azmış kimi artıq sözügedən MMC son zamanlar nəzarətində olan apteklər şəbəkəsini genişləndirməyi qərarlaşdırıb. Deyilənlərə görə, Cavanşir Feyziyevin müvafiq tapşırığından sonra hazırda Bakının müxtəlif ərazilərində «Avromed Company» MMC-nin nəzdində fəaliyyət göstərəcək yeni apteklərin tikintisinə başlanılıb. Həmin apteklərə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində, Sabunçu rayonu Bakıxanov qəsəbəsində, Yasamal, Xətai, Nərimanov rayonları ərazisində rast gəlmək olar. Qeyd edim ki, «Avromed»in aptekləri həm daxili, həm də xarici görünüşcə bir-birinin oxşarıdır. Yəni yeni apteklər eyni formada tikilir və bu da şəbəkə mexanizminin əsas göstəricilərindən hesab olunur». Mənbə bildirir ki, «Avromed»in rəhbərliyi bu yolla, yeni dizaynda apteklər inşa etdirməklə dərman bazarını tam şəkildə əlində cəmləməyə, kiçik aptekləri bazardan sıxışdırıb çıxarmağa çalışır. Bu isə o deməkdir ki, Cavanşir Feyziyev artıq rəqiblərini hədəfə alıb və onları «neytrallaşdırmağa» can atır. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


PATRIOT.AZ
 Oxunub: 922 


Oxşar xəbərlər:
Ən çox oxunanlar