Xəbər lenti
» » Oqtay Şirəliyevin yerinə göz dikən baş həkim D

Oqtay Şirəliyevin yerinə göz dikən baş həkim D

Tarix: 08 aprel 13:29
Oqtay Şirəliyevin yerinə göz dikən baş həkim  D

5 saylı Xəstəxananı bərbad vəziyyətə salan Ziya Əsədov nazir olmaq istəyir Halbuki o bundan sonra yalnız pensiya barədə fikirləşməlidir Dövlət büdcəsindən milyardların ayrılmasına baxmayaraq, ölkəmizin səhiyyə sektoru hələ də bərbad vəziyyətdədir. Dövlət xəstəxanalarında vətəndaşlardan pul alınması, həkimlərin, tibb bacılarının peşəkarlıq səviyyəsinin aşağı olması bu sahədəki problemlərin arasında daha çox nəzərə çarpır. Hazırda vətəndaşları narahat edən əsas problemlərdən biri də həkimlərin onlardan pul istəməsidir. Bu baxımdan 5 saylı Şəhər Kliniki Xəstəxanasında da vəziyyət fərqli deyil. Yayılan məlumatlara görə, 5 saylı Kliniki Xəstəxanada antisanitariya və rüşvət baş alıb gedir. Xəstəxanada pinti bir mühit və dözülməz şərait var: «Burda tibbi xidmətlərin əksəriyyəti pulla həyata keçirilir. Həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir. Xəstəxanada "UZİ"-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır. Hətta palataların təmizlənməsi üçün də xəstələrdən pul tələb edilir. 5 saylı Kliniki Xəstəxanada bu cür özbaşınalıqlarla daha çox rayonlardan gətirilən ağır xəstələrin üzləşdiyi vurğulanır. Belə ki, rayonlardan gələn əksər xəstə sahiblərinin paytaxt Bakıda gedəcək bir yerləri olmadığından, şikayət edəcəkləri ünvan tanımamaqları xəstəxananın rüşvət alan personalının "əl-qolunu” açır. Rayon xəstəxanalarından "göndəriş" gətirilməsini bəhanə edərək xəstələri soyurlar». Bizə verilən informasiyaya görə, xəstəxananın kordioloji korpusunda vəziyyət daha acınacaqlıdır. Burada xəstə yaxınları ilə həkimlər və tibb bacıları az qala rüşvət davasına çıxırlar: «Həkimlərin istədikləri rüşvəti vermək istəməyən xəstələrin yaxınlarına xəstəxanadakı laboratoriyaların işləmədiyi deyilir və məcburiyyət qarşısında qalan insanlar başqa özəl klinikalara göndərilirlər. Bu səhiyyə müəssisəsində alətlərin əksəriyyəti pasiyentlərə edilən xidmətdən sonra təmizlənmir. Hətta burada işləyən həkimlər və tibb bacıları tibbi maskalardan və əlcəklərdən istifadə etmirlər. Tibb ocağının acınacaqlı hala düşməsinin tək səbəbkarı isə baş həkim Ziya Əsədovdur. Həkimlərin və tibb bacılarının yığdıqlarının böyük hissəsi baş həkimə çatır». Bu arada maraqlı bir məqamı vurğulamaq istəyirik. Özəl mənbələrin gundelik-baku.com-a bildirdiyinə görə, baş həkim Ziya Əsədov səhiyyə naziri Oqtay Şirəliyevin yerinə göz dikib: «Baş həkim harda oturursa, «Mən nazir olsam başqa cür işləyərəm. Xəstəxanalarda rüşvətin, korrupsiyanın kökünü kəsərəm» deyir». Ziya müəllim bilməlidir ki, onun nazir olmaq yaşı çoxdan keçib. O bundan sonra pensiya, yaxud da Yasamal rayonundakı dəyəri 1 milyon manat civarında olan mənzilini satıb xaricdə istirahət etmək barədə fikirləşə bilər. Baş həkim ilk növbədə rəhbəri olduğu səhiyyə ocağını səhmana salsın, sonra daha yüksək vəzifə barədə fikirləşsin...(gundelikbaki)

Qarşı tərəfə də cavab haqqı tanıyırıq.



PATRIOT.AZ
 Oxunub: 458 


Oxşar xəbərlər:
Ən çox oxunanlar