Xəbər lenti
» » Şahmar İbadov vətəndaşlar tərəfindən qəbul edilir və sevilir - ÖZƏL

Şahmar İbadov vətəndaşlar tərəfindən qəbul edilir və sevilir - ÖZƏL

Tarix: 06 dekabr 12:43
Şahmar İbadov vətəndaşlar tərəfindən qəbul edilir və sevilir - ÖZƏL

Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Şahmar İbadov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Nərimanov rayonunda da yüksək templə davam edir. Ümumiyyətlə, 170 mindən çox əhalisi olan bu rayonun inkişafından danışarkən ilk növbədə qeyd etməliyik ki, bu yuksəlişə və qazanılan hər bir nailiyyətə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. 2005-ci ildən Nərimanov rayonuna rəhbərlik edən Abdin Fərzəliyev xalqa yaxınlığı ilə fərqlənən, sakinlərin qayğı və problemləri ilə maraqlanan və onlara daim dəstək olan icra başçısı kimi özünü həmişə doğruldub. Onun uğurlu fəaliyyəti sayəsində rayonda son vaxtlar tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov patriot.az xəbər saytına bildirib ki, son illər rayonda mühüm infrasturktur obyektlərinin inşası vaxtında və uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, yeni inzibati binalar istifadəyə verilib.

Şahmar İbadov bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildən bugünədək dəfələrlə Nərimanov rayonunda olub, müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə maraqlanıb. Biz rayonda olarkən məlumat əldə etdik ki, rayon rəhbəri Abdin Fərzəliyev və onun birinci müavini Şahmar İbadov tərəfindən yerlərdə tez-tez səyyar qəbul və görüşlər keçirilir, insanların küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin təmiri və tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı müraciətlərinə baxılır, problemləri həll edilir. Abdin Fərzəliyev uzun illərdir ki, rayonda yığılıb qalan problemlərin həllinə nail olub. O, qəbuluna gələn bütün insanlarla səmimi görüşlər keçirir, onların şəxsi problemlərinin həllinə köməklik göstərir, eyni zamanda rayonun inkişafı üçün böyük işlər görür.

Abdin Fərzəliyev öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edən, daim dövlətçiliyə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan və dövlət başçısının etimadını qazanan, sadə insanların yanında olmağı bacaran nümunəvi rəhbər olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirən Abdin Fərzəliyev dövlət idarəetməsi sahəsi ilə yanaşı, ictimai-siyasi fəaliyyətində də uğurlar əldə edib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Abdin Fərzəliyev YAP Siyasi Şurasının, eləcə də Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov vətəndaşlar tərəfindən hər gün icra hakimiyyətinə edilən müraciətləri təhlil edir və icrasına ciddi nəzarət edir. Bu müraciətlər torpaq sahəsinin ayrılması, ev və ya sığınacaqla təminolunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar vətəndaşların başqa mənzillərə köçürülməsi, məhəllələrin abadlaşdırılması, iş yerləri ilə təminolunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlər və digər məsələlərlə bağlı olur. Şahmar İbadov hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşaraq onun həllinə nail olur. Buna görə də yerli sakinlər daim rayon rəhbərliyindən razılıq edirlər. Şahmar İbadovun idarəetmə sahəsindəki bacarığı, uzun illər bu sahədə fəaliyyəti diqqət mərkəzində olub.

Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Şahmar İbadov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Şahmar İbadov vətəndaşlar tərəfindən qəbul edilir və sevilir - ÖZƏL[/center]
PATRIOT.AZ
 Oxunub: 1075 

Oxşar xəbərlər:
Ən çox oxunanlar