Xəbər lenti
» » Bakıda çay evinin sahibini niyə güllələdilər? - TƏFƏRRÜAT (VİDEO, FOTOLAR)

Bakıda çay evinin sahibini niyə güllələdilər? - TƏFƏRRÜAT (VİDEO, FOTOLAR)

Tarix: 07 mart 15:07
Bakıda çay evinin sahibini niyə güllələdilər? - TƏFƏRRÜAT (VİDEO, FOTOLAR)



Bakının Nəsimi rayonu ərazisində, 4-cü mikrorayonda fəaliyyət göstərən cay evində silahlı insident baş verib.

Musavat.com-un məlumatına görə, çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov qətlə yetirilib. İlkin ehtimallara görə, mərhum Murad Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Murad Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Pulun qaytarılmalı olduğu vaxt çatdıqda M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu tələb edib. Pulu qaytara bilməyən V.Şirinov isə ondan əlavə vaxt istəyib. Murad Qubadov həmyerlisinin xahişini nəzərə alıb. Lakin həmin müddətdə də Vüar Şirinpv borcu qaytara bilməyib.

Nəhayət, hadisə baş verən gün Murad Qubadov yenidən Vüqar Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb. Vüqar Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə çay evinə gələrək Murad Qubadova üç dəfə atəş açaraq, onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Vüqar hadisəni törətdikdən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçsa da, istintaqdan yayına bilməyib. Məlumata görə, onu valideynləri Ağsu Rayon Polis İdarəsinə təhvil veriblər.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda çay evinin sahibini niyə güllələdilər? - TƏFƏRRÜAT (VİDEO, FOTOLAR)
Bakıda çay evinin sahibini niyə güllələdilər? - TƏFƏRRÜAT (VİDEO, FOTOLAR)
Bakıda çay evinin sahibini niyə güllələdilər? - TƏFƏRRÜAT (VİDEO, FOTOLAR)
Bakıda çay evinin sahibini niyə güllələdilər? - TƏFƏRRÜAT (VİDEO, FOTOLAR)
Bakıda çay evinin sahibini niyə güllələdilər? - TƏFƏRRÜAT (VİDEO, FOTOLAR)

PATRİOT.AZ
 Oxunub: 517 


Oxşar xəbərlər:
Ən çox oxunanlar