Xəbər lenti
» » Nizami Qocayev Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilir

Nizami Qocayev Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilir

Tarix: 02 mart 18:01
Nizami Qocayev Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilir


İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev Ədliyyə Naziliyinin rəhbərliyinə gətirilir. Redaksiyamıza daxil olan məlumata görə, Nizami Qocayevi ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinatının artıq son mərhələdə olduğu, yaxın günlərdə təyinatın baş tutacağı bildirlir.

Yada salaq ki, M.Quliyev MTN-dəki məlum olaylardan sonra qurumun rəhbərliyinə təyinat aldı. Bundan sonra onun vəzifəsinin icrası müavini Hüseynağa Əlixanova tapşırılıb. Son məlumatlara görə, N.Qocayevin xidmət rəisi vəzifəsinə təyinatı ilə bağlı əmr artıq hazırlanıb və bu günlərdə açıqlanacağı gözlənilir.

Onu da qeyd edək ki, M.Quliyev Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilməzdən əvvəl Daxili İşlər Nazirliyinin ən müxtəlif qurumlarında rəhbər vəzifələrdə çalışıb, DİN sistemində son iş yeri Baş Mühafizə İdarəsinin rəisi postu olub. Nizami Qocayev isə vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. Bu baxımdan onun Ədliyyə Naziliyinin rəhbərliyinə gətirilməsi real görünür. N.Qocayev təcrübəli polis işçisi olmaqla yanaşı, əhali ilə dil tapmağı bacaran kadr kimi xarakterizə olunur. Onun vaxtilə həbsdə olması Penitensiar Xidmətin “mətbəxi” haqda birbaşa məlumat almasına da imkan yaradıb. Bu baxımdan da N.Qocayevin xidmətə bələdçiliyi var.

PATRIOT.AZ
 Oxunub: 413 


Oxşar xəbərlər:
Ən çox oxunanlar