Xəbər lenti
» » Ermənilər şokda: səfir ölkəsini biabır etdi

Ermənilər şokda: səfir ölkəsini biabır etdi

Tarix: 01 mart 14:22
Ermənilər şokda: səfir ölkəsini biabır etdi


"Bilirsiniz, bəzən dayanmalı, nə etdiyimizi düşünməli, bəzi məqamları təhlil etməli, eyforiyaya qapılmamalıyıq. Bizim, yəni ermənilərin yanlışlıqları az deyil və onların arasında ən başlıcası absolyut həqiqət olmadığına əsla şübhə etmədiyimiz məsələlərin dünyada tamamən fərqli şəkildə qəbul olunmasıdır".

Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyanın "Hayartun" mərkəzində fevralın 26-da, "erməni soyqırımı"nın beynəlxalq miqyasda tanınması ilə məşğul olan Koordinasiya Komitəsinin iclasındakı çıxışı böyük qalmaqal yaradıb.

Daha doğrusu, bu çıxış ermənilərdə şok effektinə səbəb olub. Milli.az "Haykakan Jamanak"a istinadən bildirir ki, Yuri Vardanyanın "erməni soyqırımı" məsələsini lağlağı obyektinə çevirdiyi, ölkəsini əldə saldığı vurğulanır.

"Osmanlı Türkiyəsində ermənilərin soyqırıma uğradığını, 1,5 milyon soydaşımızın öldüyünü deyirik. 2014-cü ildə bu hadisənin 100 illiyini də qeyd etdik. Təbii, heç nəyi unutmamalıyıq. Amma realist olmalı, gerçəkləri görməli və illüziyalara qapılmamalıyıq", - səfir deyib.

Onun sözlərinə görə, İrəvanın yaxınlığındakı Sisernakaberddəki "soyqırım memorial"ına hər il aprelin 24-də ermənilər axın edirlər. Fəqət, bu axın ilbəil azalır.

"İllər keçdikcə ora gedən ermənilərin sayı fasiləsiz azalacaq və günlərin birində memorialda çox az adamın olduğunu görəcəyik. 200-cü ildönümün olacağına ümid edirəm. Amma həmin ildönümdə Sisernakaberddə nə qədər adam olacaq, bilmirəm. Düşünmək də istəmirəm bu barədə, çünki hamımız illüziyaların əsiri olmuşuq, öz dediklərimizə özümüzü inandırır, sonra dünyanın dediklərimizə inandığını düşünürük", - Y.Vardanyan söyləyib.

Vaxtilə ağır atletika ilə məşğul olmuş Y.Vardanyan bu minvalla ermənilərin qondarma "soyqırım" iddialarının əslində yalan olduğuna işarə vurub.

Erməni mediası səfirin vəzifəsindən kənarlaşdırılmasını və cəzalandırılmasını tələb edir, Y.Vardanyanın "soyqırım məsələsini ələ saldığını" deyirlər.

PATRIOT.AZ
 Oxunub: 341 


Oxşar xəbərlər:
Ən çox oxunanlar