Xəbər lenti
» » Neftçaladan tapılan cəsəd neftçinindir - DNT analizi

Neftçaladan tapılan cəsəd neftçinindir - DNT analizi

Tarix: 26 fevral 15:58
Neftçaladan tapılan cəsəd neftçinindir - DNT analizi

SOCAR-ın mətbuat xidmətindən “PATRIOT”a daxil olan xəbərə görə, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

PATRIOT.AZ
 Oxunub: 386 


Oxşar xəbərlər:
Ən çox oxunanlar