Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ermənistanda keçirilən seçkilərə müdaxilə etdiyini iddia edib.
Makron bu müdaxilənin, o cümlədən Fransa xüsusi xidmət orqanları tərəfindən müəyyən edildiyini bildirib.
Fransa liderinin sözlərinə görə, Paris xarici müdaxilə, təsir və manipulyasiya cəhdlərinə qarşı mübarizə aparmaq üçün İrəvanla əməkdaşlıq edir.
“Ermənistanda seçkilərə Rusiyanın genişmiqyaslı müdaxiləsi baş verib”, - deyə Makron vurğulayıb.
O qeyd edib ki, erməni xalqı öz suverenliyinə və müstəqilliyinə böyük dəyər verir və Fransa bu cür müdaxilələrin ifşa olunmasına kömək göstərəcək.
“Ermənistan demokratiyasına ən xoş arzularımı çatdırıram”, - deyə Fransa Prezidenti əlavə edib.