“ABŞ Prezidenti Donald Trampın elan etdiyi Aİ avtomobillərinə tariflərin artırılması bütün Avropaya zərbədir”.
“Bu sözləri Almaniya kansleri Fridrix Merts deyib.
O qeyd edib ki, ABŞ-nin yeni idxal rüsumlarını konkret olaraq Almaniyaya qarşı yönəlmiş tədbir kimi görmür.
“Tramp bütün Avropaya zərbə vurmaq istəyir”, - Merts qeyd edib.
Qeyd edək ki, Tramp mayın 1-də ABŞ bazarına idxal olunan avtomobillər və yük maşınlarına tətbiq edilən gömrük rüsumunu 25%-ə qaldıracağını bəyan etmişdi.