Xəbər lenti
» » Ağcabədidə 3 inək, Lənkəranda isə 4 at yandı

Ağcabədidə 3 inək, Lənkəranda isə 4 at yandı

Tarix: 11 avqust 09:22
 Ağcabədidə 3 inək, Lənkəranda isə 4 at yandı

Ağcabədi və Lənkəran rayonlarında ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. PATRIOTaz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Hacıbədəlli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 3 tonu və ona bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Yanğın zamanı talvarın altında olan 3 baş iribuynuzlu heyvan tələf olub. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan fermanın içərisinə yığılmış 160 ton ot bağlaması yanıb. Yanğın zamanı fermanın içərisində 4 baş at və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olublar. Ferma yanğından mühafizə olunub.

PATRIOT.AZ



 Oxunub: 184 


Oxşar xəbərlər:
Ən çox oxunanlar