Avropa İttifaqı (Aİ) İran ətrafındakı münaqişə səbəbindən əlavə enerji xərcləri 24 milyard avro olub.
Bunu Avropa İttifaqının enerji komissarı Dan Yorgensen deyib.
Aİ komissarı bildirib ki, İranla bağlı münaqişənin başlanğıcından bəri Aİ-nin əlavə enerji xərcləri 24 milyard avroya çatıb. O əlavə edib ki, bu gündəlik təxminən 500 milyon avro edir.
O qeyd edib ki, xərclərin artması bütün Aİ ölkələrində, həm sənaye səviyyəsində, həm də əhali arasında hiss olunur.