Nəsimi rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
bolge
28-12-2025, 15:01
Nəsimi rayonunda qanunsuz tikinti işləri aparılıb. XALQ-a daxil olan məlumat görə Nəsimi rayonu H. Seyidzadə və Cavadxan küçələrinin kəsişməsində avtomobil təmir sexləri artırılaraq yeni konstruksiyalara quraşdırılıb. İddialara görə ərazi yüksək vəzifəli məmurun adı ilə avtomobil təmir sexi və dayancaq kimi fəaliyyət göstərildiyi bildirilir. Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Nəsimi rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.