Xəbər lenti
» » Səyyar ASAN xidmət Qobustana gedir Tarix 08.02.16, 12:09

Səyyar ASAN xidmət Qobustana gedir Tarix 08.02.16, 12:09

Tarix: 08 fevral 12:36
Səyyar ASAN xidmət Qobustana gedir Tarix 08.02.16, 12:09


8 fevral – 7 mart tarixində Səyyar ASAN xidmət Qobustan şəhərində Qobustan sakinlərinə səyyar formada xidmət göstərəcək

Dövlət Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Bildirək ki, bu xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

PATRIOT.AZ
 Oxunub: 140 


Oxşar xəbərlər:
Ən çox oxunanlar