• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Şahin Bağırovun göstərişinə işçisi Tural Həsənli əməl etməyib – DGK-da nə baş verir?

gundem / cemiyyet

3-11-2025, 10:06



“Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərindən şikayətçidir...


Poliqon xəbər verir ki,Globalinfo.az-a müraciət edən iş adamı komitə sədrinin qəbulunda olsa və qarşılaşdığı problemlərin həlli barədə göstərişlər verilsə də, DGK-nın bəzi vəzifəli şəxslərinin məsələyə biganə və qərəzli yanaşdığını deyib.

O, Dövlət Gömrük Komitəsi Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Həsənlinin rəhbəri olduğu şirkətə qarşı qərəzli münasibət bəslədiyini iddia edib:

“Xarici iqtisadi fəaliyyətlə məşğul olan direktoru olduğum “Lion Centre” MMC fəaliyyətini ölkəmizin qanunvericiliyini və hüquqi aktları rəhbər tutmaqla həyata keçirir. Lakin gömrük orqanının ayrı-ayrı vəzifəli şəxslərinin şirkətimizə qarşı xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi səbəbindən hüquqlarımızı müdafiə etmək üçün dəfələrlə müxtəlif qurumlara, o cümlədən Gömrük Komitəsinə və məhkəmələrə müraciət etmişik. Həmçinin dəfələrlə DGK-nin sədri Şahin Bağırovun qəbulunda olmuş, qarşılaşdığımız problemləri onun da diqqətinə çatdırmışam”.

R.Aslanov bildirib ki, Ş.Bağırov dəfələrlə üzləşdiyi problemlərin həlli üçün qurumun aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə göstərişlər verib:

“Təəssüf ki, DGK sədrinin verdiyi göstərişlərin əksəriyyəti gömrük orqanının bəzi vəzifəli şəxsləri tərəfindən icra edilmir. Bu vəzifəli şəxslərdən biri də Komitənin Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Həsənlidir. Onun timsalında rəhbərlik etdiyim şirkətə və şəxsən mənə qarşı şəxsi qərəzli münasibət açıq aşkar göz önündədir. Ümumiyyətlə, gömrük orqanlarında mənim kimi bir çox iş adamlarına qarşı qanunsuzluqlar edilir. Belə ki, iş adamlarına qarşı həyata keçirilən süründürməçiliklər onların fəaliyyətinə mane olur və nəticədə iqtisadiyyatımıza zərbə dəyir. Son olaraq şirkətimin qarşılaşdığı problemlərin həlli məqsədilə Şahin Bağırovun şəxsi göstərişi əsasında 29 oktyabr 2025-ci il tarixdə saat 10:10-da DGK-nin Katibliyinin rəisi, gömrük xidməti polkovniki Elvin Məmmədov tərəfindən qəbul olundum. Həmin qəbulda iştirak edən Hüquqi Təminat İdarəsinin rəisi Tural Həsənli həmişəki qeyri-obyektiv mövqeyini yenə də sərgilədi, qaldırdığımız məsələlərə hüquqi qiymət verməli olduğu halda, xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər edərək bəzi gömrük orqanları vəzifəli şəxslərini müdafiə etdi, MMC-yə qarşı bəzi vəzifəli şəxslər tərəfindən süni şəkildə yaradılan problemlərə görə “Lion Centre” MMC-nin direktoru qismində məni günahlandırdı. Həmçinin təqdim etdiyim sübut və faktlara hüquqi qiymət verməyərək qəbul prosesi davam etdiyi halda, oturduğu yerdən qalxaraq oranı tərk etdi və şirkətimizin qarşılaşdığı problemlərin təxirəsalınmadan həll olunması məqsədilə Şahin Bağırovun göstərişinin icrasına bilərəkdən bilavasitə mane oldu”.

İş adamı əlavə edib ki, 01251000204009 nömrəli gömrük bəyannaməsi ilə birgə Bakı Baş Gömrük İdarəsinin Vüsal Ələkbərov adlı gömrük rəsimləşdirməsini həyata keçirən vəzifəli şəxsi tərəfindən gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsi ilə 19 may 2025-ci il tarixdə 15:51-də geri qaytarmaqla CDD2512176348 nömrəli “Gömrük dəyərinə düzəliş edilməsi üçün bildiriş”də gömrük dəyərinin hesablanması üçün əsas səhf olaraq göstərilib:

“Lakin Vüsal Ələkbərov üstündən 1-3 dəqiqə sonra, yəni saat 15:53:34 yenidən bəyannaməni bəyannaməçiyə qaytarmaq qərarı verib. Səbəb kimi əlavəyə malın kodunu 4016995200XİF MN koduna sinifləşdir ifadəsini yazıb. Ancaq ən maraqlı məqam ondan ibarətdir ki, 2-3 dəqiqə öncə ayrı mövqedə olduğunu bilavasitə sistem üzərindən “skrin” edib onlara göstərdikdə və fərqli, qanunsuz, əsassız mövqeyi tərəfindən mübahisələndirdiyində mənim əsaslı iddialarıma məhəl qoyulmur və vəzifələrindən sui-istifadə edərək açıq aşkar hədə-qorxu gələrək, məni günahkar çıxardaraq, təqdim etdiyim dəlil və sübutlara məhəl qoymayaraq gömrük əməkdaşının əməllərində qanun pozuntusunun olmamasını sübut etməyə çalışırlar. Eyni zamanda, 29 sentyabr 2025-ci il tarixli M88/25 saylı məktubumuzda qeyd etdiyim 01251000346543 saylı gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan olunan malların 21 avqust 2025-ci il tarixdə gecə saat 20:00 tez-tələsik CDD252210810779 nömrəli “Gömrük dəyərinə düzəliş etməsi üçün Bildiriş”-in mənim tərəfimdən sistemdə imtina edərək, gömrük orqanı tərəfindən ləğv edilərək buraxılmağına baxmayaraq gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə malların 22 avqust 2025-ci il tarixdə saat 15:13-də buraxıldığına dair yalan informasiya daxil edildiyi və televiziyada ATV kanalı ilə etdiyim haqlı şikayətə 21 avqust 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin yenə də Hüquqi Təminat İdarəsinin əməkdaşı Vilayət Mehrəliyev tərəfindən həqiqətə uyğun olmayan, işgüzar nüfuzuma və şəxsiyyətimə xələl gətirən yalan informasiya verib. Lakin bugünki gün yenə də Dövlət Gömrük Komitəsi Aparatı rəhbərinin müavini Kənan Əsədov mənə ünvanladığı məktublarda qeyd etdiklərini tam şəkildə anlamayaraq nə yazdığını özü belə bilmir, eyni mövqedən Tural Həsənli söylədiklərinin fərqinə belə varmır, mənasız, əsassız informasiya verməyə davam edir”.

MMC rəhbəri bildirib ki, T.Həsənli “Lion Centre MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “Gömrük dəyərinə düzəliş edilməsi haqqında bildirişin ləğv edilməsi” tələbinin təmin olunması haqqında Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli e-2-1(112)-6899/2025 nömrəli Qərarından da apellyasiya şikayəti verərək məhkəmənin hüquqi aktını ləğv etdirməyə də çalışır:

“Məhkəmə prosesi zamanı sübut olunub ki, gömruk orqanlarında çalışan əməkdaşlar hansısa bir qərar qəbul edərkən ziddiyyətli qərarlar qəbul edirlər. Yəni gömrük orqanının bir struktur vahidinin qərarı digər bir struktur vahidin qərarı ilə üst-üstə düşmir. Bu da gömrük orqanları strukturları arasında kommunikasiyanın olmamasına dəlalət edir. Göründüyü kimi, DGK-nin idarə rəisi, gömrük xidməti polkovnik -leytenantı Tural Məhərrəm oğlu Həsənli ölkəmizdə sağlam gömrükçü-sahibkar münasibətinin formalaşmasına qarşı çıxır. Əgər onun hələ Hüquqi Təminat İdarəsinin rəisi vəzifəsini icra etməyə başladığı 15 fevral 2024-cü ildən etibarən xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən gömrük orqanlarına qarşı məhkəmələrə edilən şikayətlərin statistikası aparılarsa, bilavasitə görünər ki, şikayətlərin artması, eləcə də iddiaçıların məhkəmələr tərəfindən haqlı olaraq təmin olunmuş şikayətləri üzrə cavabdehlər tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməklə xarici iqtisadi fəaliyyət iştirakçılarını öz işlərindən ayırmaqla günlərini məhkəmə orqanlarında keçirmələri, həmçinin məhkəmələrin iş yükünün artmasını təmin etmək, bununla da ölkəmizin milli və iqtisadi suverenliyini təmin edən gömrük orqanlarını nüfuzdan salmaq onun “danılmaz xidmətləri”ndəndir”.

Qeyd edək ki, R.Aslanov bir müddətdir gömrük bəyənnamələrinin elan edilməsi və malların dəyərləndirilməsi məsələsi ilə bağlı DGK ilə problem yaşayır. Bir neçə dəfə məhkəmələr onun lehinə qərar çıxarsa da, tərəflər arasnındakı mübahisələr davam edir.

Yazıda adı keçən DGK əməkdaşlarının mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 840
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

7-05-2025, 13:07

Gömrük Komitəsi ilə bağlı ŞOK İDDİA: 97 min “borc” QALMAQALI? - DETALLAR

iqtisadiyyat

16-06-2023, 13:42

Sumqayıt Gömrük İdarəsində yeni təyinat olub

hadise

19-08-2022, 10:37

Gömrükdə daha bir general təqaüdə göndərildi

gundem / siyaset

30-01-2020, 22:36

5 nəfərə general rütbəsi verildi — SİYAHI

gundem / cemiyyet

20-09-2018, 13:46

SON DƏQİQƏ – Daha bir vəzifəli şəxs işdən çıxarıldı

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
Dünən, 11:59
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
Dünən, 10:08
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
Dünən, 08:47
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
1-07-2026, 12:38
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
1-07-2026, 12:22
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
1-07-2026, 12:00
Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb
Kriminal
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
Son xəbərlər
  • Bu gün, 09:51
    İsrail İranı hədələdi: Təkbaşına müharibəyə hazırıq
  • Bu gün, 09:43
    Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
  • Bu gün, 09:25
    İranda ali rəhbər Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb
  • Bu gün, 09:00
    ABŞ və Türkiyə sanksiyaların aradan qaldırılmasında istəklidir - Fidan
  • Bu gün, 08:42
    Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
  • Bu gün, 08:37
    Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur
  • Bu gün, 08:33
    Fidan: Ərdoğan Putinlə məsləhətləşir
  • Bu gün, 08:29
    Zəlzələ qurbanlarının sayı 3 minə çatır
  • Bu gün, 08:12
    "Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
  • Dünən, 16:00
    Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
  • Dünən, 15:30
    Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
  • Dünən, 14:22
    Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
  • Dünən, 14:00
    Müharibə İranın ən böyük sirrini üzə çıxardı
  • Dünən, 12:43
    Vilayət Eyvazov polislərə tapşırıq verdi
  • Dünən, 11:59
    DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
  • Dünən, 11:37
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
  • Dünən, 11:33
    "Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
  • Dünən, 10:12
    Əsgəran-Xocalı-Xankəndi yolunda tikinti işləri son mərhələyə çatıb
  • Dünən, 10:08
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
  • Dünən, 09:51
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • Dünən, 09:23
    Dövlət başçısı: Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır
  • Dünən, 09:11
    İlham Əliyev: Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir
  • Dünən, 09:00
    Azərbaycan polisi: dövlətçiliyin keşiyindən yeni Vətən quruculuğuna
  • Dünən, 08:59
    "Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur
  • Dünən, 08:54
    Qətərdə ABŞ-İran dolayı danışıqlarında irəliləyiş var
  • Dünən, 08:47
    Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
  • Dünən, 08:44
    BMT Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başladı
  • Dünən, 08:36
    DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
  • Dünən, 08:31
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatdı
  • 1-07-2026, 16:17
    "Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
  • 1-07-2026, 16:00
    Putin müharibəni dayandırır? - Analitiklər mümkün variantları açıqladı
  • 1-07-2026, 13:03
    Sabiq rektor VƏFAT ETDİ
  • 1-07-2026, 12:38
    AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
  • 1-07-2026, 12:22
    Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
  • 1-07-2026, 12:19
    "İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
Daha çox
27-06-2026, 12:04
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar - Yenilənib
26-06-2026, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
29-06-2026, 16:00
İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
1-07-2026, 16:17
"Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
Dünən, 16:00
Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
27-06-2026, 09:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə