Xəbər lenti
» » Bakıda qadın sevgilisini bıçaqladı - Foto

Bakıda qadın sevgilisini bıçaqladı - Foto

Tarix: 04 fevral 18:37
Bakıda qadın sevgilisini bıçaqladı - Foto


Bakıda qadın qeyri-rəsmi birlikdə yaşadığı kişini bıçaqlayıb.

“PATRIOT” musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, Şirin Mirzəyev küçəsi 58 ünvanında baş verib.

Bakı sakini Emin Bayramov qeyri-rəsmi yaşadığı Aygün Ağayeva ilə mübahisə edərkən qadın mətbəx bıçağı ilə ona xəsarət yetirib. Yaralı Emin Bayramovu xəstəxanaya Aygün Ağayevanın özü aparıb. Həkimlərin səyi nəticəsində onun həyati təhlükəsi aradın qaldırılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aygün Ağayeva saxlanılıb.

Qadın dindirilərkən Emin Bayramovun hər gün evə sərxoş gələrək onu və uşaqlarını döydüyünü və ünvanına təhqiramiz ifadələr sözlər işlətdiyini bildirib. Bu səbəbdən də son mübahisədə Emini vurmaq məcburiyyətində qaldığını deyib:

“Onu kafedə işlədiyim vaxtlardan tanıyıram. Gördüm əl çəkmir, tanış oldum. Sonra mənə dedi ki, heş bir yerə çıxmayacaqsan, sənə mən baxacam. Bir az baxdı, sonra heç nə eləmədi. Özü ora-bura gedir, yeyib-içib gəlir. Uşaqları vururdu, məni vururdu. Hər dəfə dözürdüm. Küçədə məni sürüdü, yenə dözdüm. Bu dəfə dözə bilmədim. O, bıçağı götürdü ki, məni vursun. Mən ondan əvvəl vurdum”.

Aygün Ağayevanı son mübahisəni belə xatırlayır:

“Zəng elədi ki, gəlib səni kafeyə aparacam. Yanından kişi səsləri gəlirdi. Dedim ki, getmirəm mən o qədər kişinin arasına. Ded ki, “indi gələrəm, görərsən”. Bir az sonra qapı döyüldü. Dedi ki, mən meyxana deməyə gedirəm, sən də yanımda oturacaqsan. Stolun üstündəki bıçağa əl atmağa başladı, televizorun ekranını sındırdı. Böyük qızım 102-yə zəng vurmaq istədi. Onu da vurdu ki, “işverənlik” eləmə”.

Aygün Ağayevanın sözlərinə görə, keçmiş həyat yoldaşı vəfat edib. O, keçmiş qayınanası ilə bir evdə yaşasa da, Emin Bayramovla da sevgili münasibətləri olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
 Oxunub: 284 


Oxşar xəbərlər:
Ən çox oxunanlar