• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Ramiz Mehdiyevin xəyanət dosyesi...

cemiyyet

15-10-2025, 13:42

Ramiz Mehdiyevin xəyanət dosyesi...


Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə həbs edilməsi Azərbaycan xalqı üçün o qədər də təəccüblü olmadı. Çünki Mehdiyevin intriqalarla dolu karyerasının təməlində bu əməllər dayanır: vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə varlanıb, Azərbaycanın dövlət maraqlarını ömrü boyu köləsi olduğu imperiyaya qurban verib.

“Qafqazinfo” xəbər verir ki, Mehdiyevin bütün karyerası – siyasi və ictimai fəaliyyəti, tərcümeyi-halı kölə psixologiyası ilə keçmiş imperiyanın xiffətini çəkməklə keçib.

Keçmiş imperiyada karyera yüksəlişi əldə edən Mehdiyev bolşevik təfəkküründən də heç vaxt xilas ola bilmədi. Onun karyera pillələrini dırmaşmasında şəxsi keyfiyyətləri, yaxud bacarıqları deyil, intriqaları rol oynamışdı. İntriqalar ustası kimi tanınan bu şəxsin gerçək siması Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra daha aydın şəkildə ortaya çıxdı. Mehdiyev Azərbaycanın müstəqil siyasətinə qarşı “Troya atı” rolunu oynayır, vəzifə səlahiyyətlərindən imperiya maraqlarına xidmət üçün istifadə edirdi. Hətta bu məqsədinə nail olmaq üçün onu vəzifəyə gətirən Ulu Öndər Heydər Əliyevə də xəyanətlər edib.

Mehdiyev özünü “milli adam” və Ümummilli Liderin “silahdaşı” kimi göstərməyə çalışsa da, onun Heydər Əliyevə qarşı törətdiyi xəyanətlər kuluarlarda həmişə müzakirə mövzularından olub. Bununla bağlı konkret faktlar da mövcuddur. 1990-cı illərin ağır günlərində xalq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını və ölkəni xilas etməsini istəyirdi. Bu milli tələbdən narahat olan Moskva və Bakıdakı əlaltıları Heydər Əliyevə qarşı kampaniya aparmağa başladı. Bu kampaniyanın əsas iştirakçılarından biri də məhz Ramiz Mehdiyev olub. Vəzirovun təşkil etdiyi Büro iclaslarında Mehdiyevin Heydər Əliyevin əleyhinə etdiyi çıxışları şahidlər yaxşı xatırlayır. Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının önünü kəsmək üçün ortaya atılan 65 yaş həddi məsələsində də Ramiz Mehdiyev Mütəllibovçu kimi davrandı. Ulu Öndərin tərəfdarları 65 yaş həddinin aradan qaldırılması məsələsinə dəstək verməsi üçün Mehdiyevə müraciət edəndə o, prosesə qoşulmaqdan imtina etdi. Sürət Hüseynovun 4 oktyabr çevriliş cəhdində də Ramiz Mehdiyev “yaxasını kənara” çəkmiş, mövqesizliyi ilə yadda qalmışdı.

Mehdiyevin qaranlıq keçmişində belə hallar yetərincədir. Lakin hər şey bununla da bitmir. Bir tərəfdən Heydər Əliyevin əleyhinə olan proseslərə bu və ya digər formada dəstək verən Mehdiyev, digər tərəfdən Ulu Öndərin komandasına daxil ola bilmək üçün dəridən-qabıqdan çıxırdı. Çünki məqsəd hakimiyyətdə təmsil olunmaq idi və buna nail olmaq üçün sözün gerçək mənasında buqələmunluq edirdi. Ümummilli Lider hakimiyyətə qayıdandan sonra Mehdiyevin vəzifəyə təyinatında da iki amil rol oynamışdı: Gerçək niyyətini gizlədə biləcək qədər peşəkar olan siyasi buqələmunluğu və köləsi olduğu Rusiyanın müstəqilliyini yenicə bərpa etmiş, dağılmaq təhlükəsindən xilas olsa da, zəif olan Azərbaycana təzyiqi.

Moskvanın planı müstəqilliyini bərpa edən Azərbaycanda təsir rıçaqlarını qorumaq və agent şəbəkəsini formalaşdırmaq idi. İmperiyanın köləsi psixologiyasından çıxa biməyən və intriqa ustası olan Mehdiyevə bu missiyanı yerinə yetirəcək əvəzsiz şəxs kimi baxırdılar. Və onun bütün karyerası boyunca Azərbaycanın dövlət maraqlarını imperiyaya qeyd-şərtsiz qurban verməsi, xəyanət missiyasını layiqincə yerinə yetirməsi Moskvada yanılmadıqlarını göstərdi.

Bakıda oturan və imperiya təfəkküründən xilas ola bilməyən Mehdiyev Moskvaya işləyirdi. Bu fakt onun vəzifədə olduğu dövrlərdə zaman-zaman açıq mənbələrdə tirajlanıb. Mehdiyev bu faktların gündəmə gəlməsinə heç bir reaksiya vermir, yaxud xəyanət missiyasından imtina etmirdi, əksinə, “belə də olmalıymış” kimi imperiya maraqlarının təmin edilməsini koordinasiya edirdi.

Ramiz Mehdiyevin xəyanət dosyesini bir neçə istiqamət üzrə təsnif etmək olar.

Birincisi, Rusiyaya bağlı “beşinci kolonun” formalaşdırılmasıdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli kadrlar Azərbaycanı düşdüyü çətinliklərdən xilas etmək, torpaqlarımızdakı işğala son qoymaq uğrunda mübarizə aparanda Mehdiyev vəzifə səlahiyyətlərindən istifadə edərək, həm siyasi, həm informasiya, həm də iqtisadi-biznes sferasında Rusiyaya bağlı şəbəkəni qurmaqla məşğul idi. Buna nail olmuşdu da. “Beşinci kolon”un əsas missiyası Azərbaycanın güclü dövlətə çevrilməsinin qarşısını almaq və Rusiyanın təsirində saxlamaq, milli maraqların müdafiəsini əngəlləmək olub. Buna nail olmaq üçün zaman-zaman müxtəlif təxribat cəhdləri də edilirdi.

İkincisi, siyasi hakimiyyətə qarşı təzyiqlərin təşkil edilməsi idi.

Ramiz Mehdiyev və rəhbərlik etdiyi “beşinci kolon” hakimiyyətdəki mövqelərini qorumaq və özlərinə daim “ehtiyac” olduğunu göstərmək üçün siyasi müxalifətlə separat fəaliyyət də həyata keçirirdi. Məlumatlara görə, radikal müxalifətlə Mehdiyev arasında gizli əməkdaşlıq mövcud olub. Müxalifət bu əməkdaşlıqdan maliyyə və müəyyən imtiyazlar qazanır, Mehdiyev və komandası isə onların “idarəolunan” etirazlarını təşkil etməklə “əzələ nümayiş etdirirdi”. Bununla da “biz olmasaq, hakimiyyəti qorumaq mümkün olmaz” rəyini yaratmağa çalışırdılar. Xaricdə “söyüş müxalifəti”nin formalaşdırılması və dəstəklənməsi də eyni məqsədə xidmət edirdi. Ölkə daxilində radikal müxalifətin fəaliyyəti sıfrlananda “söyüş müxalifəti” peyda oldu. Burada iki məqsəd aydın görünürdü: “söyüş müxalifəti”nin yuvalandığı Avropa ölkələri ilə Azərbaycan arasındakı münasibətləri pozmaq cəhdi, Mehdiyev və dəstəsinin “dövlət və hakimiyyətin qorunmasındakı rolu”nu şişirtmək.

Hər iki məqsəd birbaşa Rusiyanın maraqlarına xidmət demək idi. Bu kontekstdə Ramiz Mehdiyevin özünü “boz kardinalı” hesab etməsi də təsadüfi deyildi. O, bununla həm xidmət etdiyi imperiyaya nə qədər güclü olduğunu göstərir, həm “beşinci kolon” üzərində qorxu yaradır, həm də özünü ölkənin “faktiki idarəçisi” sayırdı.

Hərçənd, “boz kardinal”ın özündən müştəbehliyi 2019-cu ildə Prezident İlham Əliyevin bir qərarı ilə sıradan çıxdı. Bu, Vətən müharibəsi ərəfəsində verilmiş qərar idi və məqsəd Prezident Administrasiyasını xəyanətkarlardan təmizləmək idi. Ramiz Mehdiyev, Əli Həsənov, Əbülfəz Qarayev və digərlərinin xəyanət missiyasına son qoyuldu. Daha sonra növbə Nəcməddin Sadıkova, ardınca da özünü “bolşevik” adlandıran Azər Qasımov və digərlərinə çatdı. Vətən müharibəsi və post-münaqişə dövründə qazanılan tarixi uğurlar göstərdi ki, bu xəyanətkarlarla nəticə əldə etmək mümkün olmazdı. Məhz onların təmizlənməsindən sonra Azərbaycanın milli maraqlarına qarşı daxildəki təxribatlara son qoyuldu.

Bütün bunların fonunda bir məqam xüsusilə diqqət çəkir: Ramiz Mehdiyev niyə indi həbs olundu?

Mehdiyevin PA-nın kölgəsindən uzaqlaşdırılması xəyanətkarların təmizlənməsi prosesinin mühüm hissəsi idi. Lakin Mehdiyev guya elm sahəsinə bələd olduğu üçün Milli Elmlər Akademiyasında fəaliyyətini davam etdirdi. Halbuki, onun altında imzası olan elmi araşdırmalarının başqaları tərəfindən yazıldığı da cümlə aləmə məlumdur. Mehdiyev səlahiyyətlərindən istifadə edərək, onlarla alimin araşdırmalarını təzyiq yolu ilə əldə edir, yaxud yazmalarını məcbur edir, daha sonra öz imzası ilə “elmi araşdırma” olaraq tirajlayırdı. Onun MEA-ya yolu da bu saxta elmi fəaliyyətdən qaynaqlanırdı. Lakin Mehdiyev Azərbaycanın elm ocağını da sözün gerçək mənasında intriqa yuvasına çevirdi. Belə bir deyim var: “ömrü boyu daxmada yaşayan birinə saray tikmək imkanı versən, saray boyda daxma tikər”. Karyerası intriqalarla keçən Mehdiyev də elm ocağını ən yaxşı bildiyi kimi idarə edirdi. Nəticı etibatilə Milli kadrları AMEA-dan uzaqlaşdırırdı, özünü “qara kassirləri”ni elm ocağına gətirdi. Misal üçün, Elton Məmmədovun elm ocağındakı “fəaliyyətinin” sırf buna hesablandığı haqda məlumatlar var. O, AMEA-nın mülkiyyətində olan əmlakları qanunsuz olaraq ələ keçirdi. Nəbatat bağı ətrafında baş verənlər də bunu təsdiq edir.

Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi 2019-2022-ci illər Azərbaycan elminin ən qaranlıq səhifələrindəndir. Məlumatlara görə, o, AMEA-dan “beşinsi kolon”un koordinasiya və idarə edilməsi üçün də istifadə edirmiş. Hətta şəbəkənin üzvləri elm ocağında Mehdiyevin qəbuluna düşmək üçün növbəyə də yazılırmış. Bu qanunsuzluqların nəticəsində Mehdiyev 2022-ci ildə AMEA-dan biabırçasına uzaqlaşdırıldı. Gözlənilən idi ki, yaşı 80-ni keçmiş Mehdiyev erməni arvadı və nəvələri ilə qocalığını yaşayacaq, ən azı bununla ömrü boyu bəhrələndiyi Azərbaycana ilk dəfə yaxşılıq edəcək. Lakin xəyanətkarlıq da mərəz kimidir, Mehdiyev timsalında bunun bir daha şahidi olduq. Özünü “sürgündə olan Napaleon kimi” hiss edən Mehdiyev xəyanət missiyasından yenə əl çəkmədi. Məlumatlara görə, o xarici ölkənin xüsusi xidmət orqanına donoslar yazaraq, Azərbaycanda dövlət çevrilişinə çağırışlar edib. Onun həbs edilməsindəki əsas motiv də məhz budur.

Mehdiyevin həbsi “beşinci kolon”un sıradan çıxarılması istiqamətində əsaslı addım olsa da, bu şəbəkənin tamamilə təmizlənməsi demək deyil. Adnan Əhmədzadə işi göstərdi ki, özünü qorumaq instinkti ilə gizlənən şəbəkə fürsət düşən kimi dövlət maraqlarına qarşı təxribatlar törədə bilirlər. Bunun üçün əllərində kifayət qədər resurs da mövcuddur. Bu baxımdan, prosesin Ramiz Mehdiyevlə yekunlaşmaması, dəstənin bütün üzvlərinin neytrallaşdırılması Azərbaycanın dövlət maraqları üçün həyati əhəmiyyət kəsb edir.

Oxunub: 900
Paylaş:
Digər xəbərlər

hadise

14-05-2025, 11:14

Ramiz Mehdiyevin qızı “təslim olmur”

gundem / siyaset

18-09-2020, 13:27

Partiya sədri: “Ramiz Mehdiyev təcili həbs edilsin!”

siyaset

21-08-2020, 14:56

DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı AÇIQLAMA — VİDEO

cemiyyet

21-08-2020, 12:41

Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir - Video

gundem / siyaset

31-05-2018, 14:22

Ramiz Mehdiyevin saytı istifadəyə verildi

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
Dünən, 11:59
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
Dünən, 10:08
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
Dünən, 08:47
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
1-07-2026, 12:38
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
1-07-2026, 12:22
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
1-07-2026, 12:00
Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb
Kriminal
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
Son xəbərlər
  • Bu gün, 08:42
    Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
  • Bu gün, 08:37
    Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur
  • Bu gün, 08:33
    Fidan: Ərdoğan Putinlə məsləhətləşir
  • Bu gün, 08:29
    Zəlzələ qurbanlarının sayı 3 minə çatır
  • Bu gün, 08:12
    "Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
  • Dünən, 16:00
    Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
  • Dünən, 15:30
    Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
  • Dünən, 14:22
    Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
  • Dünən, 14:00
    Müharibə İranın ən böyük sirrini üzə çıxardı
  • Dünən, 12:43
    Vilayət Eyvazov polislərə tapşırıq verdi
  • Dünən, 11:59
    DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
  • Dünən, 11:37
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
  • Dünən, 11:33
    "Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
  • Dünən, 10:12
    Əsgəran-Xocalı-Xankəndi yolunda tikinti işləri son mərhələyə çatıb
  • Dünən, 10:08
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
  • Dünən, 09:51
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • Dünən, 09:23
    Dövlət başçısı: Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır
  • Dünən, 09:11
    İlham Əliyev: Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir
  • Dünən, 09:00
    Azərbaycan polisi: dövlətçiliyin keşiyindən yeni Vətən quruculuğuna
  • Dünən, 08:59
    "Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur
  • Dünən, 08:54
    Qətərdə ABŞ-İran dolayı danışıqlarında irəliləyiş var
  • Dünən, 08:47
    Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
  • Dünən, 08:44
    BMT Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başladı
  • Dünən, 08:36
    DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
  • Dünən, 08:31
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatdı
  • 1-07-2026, 16:17
    "Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
  • 1-07-2026, 16:00
    Putin müharibəni dayandırır? - Analitiklər mümkün variantları açıqladı
  • 1-07-2026, 13:03
    Sabiq rektor VƏFAT ETDİ
  • 1-07-2026, 12:38
    AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
  • 1-07-2026, 12:22
    Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
  • 1-07-2026, 12:19
    "İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
  • 1-07-2026, 12:15
    Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı
  • 1-07-2026, 12:08
    NATO-nun Baş katibi: “Putin bu halda danışıqlar masasına oturacaq”
  • 1-07-2026, 12:00
    Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb
  • 1-07-2026, 11:52
    Bu ölkədə istidən ölənlərin sayı 900-ə çatdı
Daha çox
27-06-2026, 12:04
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar - Yenilənib
26-06-2026, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
29-06-2026, 16:00
İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
1-07-2026, 16:17
"Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
27-06-2026, 09:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
Dünən, 16:00
Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə