• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Dərs ilinə 1 ay qaldı: məktəbli forması ilə bağlı qadağa - REPORTAJ

cemiyyet

14-08-2025, 15:30



BTE məktəbli geyimlərinin qiymətini endirdi, bəs mağazalarda vəziyyət necədir?
Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məktəblərə konkret satış məntəqələrində valideynləri məktəbli forması almağa məcbur etməyi qadağan edib. Agentlik xatırladıb ki, “Dövlət ümumi təhsil müəssisələrinin təhsilalanların vahid geyim formasının təsviri”nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid geyim formasının dörd növündən birindən istifadə olunur.

2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası təklif olunan dörd məktəbli forması növündən birini seçib: “Xüsusilə də övladları birinci sinfə gedəcək valideynlər Agentliyin ”Çağrı mərkəzi"nə və yerli şöbələrinə zəng etməklə, eləcə də birbaşa məktəbin özü ilə əlaqə saxlayaraq məktəblərində geyindikləri vahid forma haqqında ətraflı məlumat ala bilərlər. Xüsusi qeyd etmək istərdik ki, məktəbli formasının alınması pulsuzdur. Valideynlərin bilərəkdən hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabeliyindəki qurumlara müvafiq tapşırıqlar verilib. Məktəbli forması ilə bağlı hər hansı sual və ya problem yaranarsa, valideynlər agentliyin “Çağrı mərkəzi”nə müraciət edə bilərlər", - agentlikdən bildirilib.

Qeyd edək ki, ötən il bəzi orta ümumtəhsil məktəblərində valideynlərə müəyyən təzyiqlər göstərilərək konkret məktəbli formalarının satıldığı mağazalardan alış-veriş etməyə yönləndirmələr edilmişdi. Bu cür hallar valideynlərin seçim azadlığının məhdudlaşdırılması, formaların keyfiyyəti və qiyməti ilə bağlı narazılıqlar yaratmış, geniş ictimai müzakirələrə səbəb olmuşdu. Valideynlər, xüsusilə aztəminatlı ailələr, bu istiqamətdə yaradılan məcburiyyətin maddi yükü artırdığını və alternativ seçim imkanlarının rəsmən və ya qeyri-rəsmi şəkildə məhdudlaşdırıldığını qeyd etmişdilər.

Ekspert Malvina Amirova mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bu qərarı müsbət addım kimi dəyərləndirib: “Məktəbəqədər və Ümumi Təhsil Agentliyi valideynləri məcburi şəkildə müəyyən satış yerlərinə yönləndirməyi qadağan edib, bu, həm seçim azadlığı verir, həm də əlavə xərclərin qarşısını alır. Əvvəllər də belə idi, bir dəfə forma alınırdı, uşaq böyüyəndə isə yenisi alınırdı. Amma son illərdə təhsil müəssisələri hər il yeni forma tələbi ilə çıxış edirdi, bu isə həm valideynlərin cibinə zərər vururdu, həm də əlavə stres yaradırdı. Nəhayət, bu məsələdə düzəliş edildi. Artıq bir dəfə alınan forma ən azı iki il istifadə oluna biləcək. Bu, ailələr üçün həm maddi, həm də təşkilati rahatlıq deməkdir. Həqiqətən də təqdirəlayiq addımdır. Ümid edirəm ki, bu qayda dəyişməz qalacaq və valideynlər artıq bu mövzuda rahat nəfəs ala biləcək. Təhsil yalnız dərslərlə deyil, valideyn və şagird məmnuniyyəti ilə də güclənir”.

Onu da nəzərə çatdıraq ki, bu il məktəbli geyimlərinin qiymətləri aşağı endirilib. Bizimlə söhbətində “Bakı Tikiş Evi” ASC-nin satış üzrə müdiri Etibar Əzimov qeyd edib ki, məktəbli formalarının qiyməti orta hesabla 20-30 faiz aşağı salınıb. Onun sözlərinə görə, qiymət dəyişikliyi beş əsas məhsul üzrə edilib. Qiymətlər ucuzdur, əlçatandır. Yalnız bizim mağazalarda satılır. Misal üçün, jaketlərdə 10 manat endirim olub, əvvəllər jaketlər 30 manat idi, indi 20 manatdır. Şalvar və ətəklərdə 5 manat endirim var. Yeni tarifə əsasən, həm oğlan, həm də qız məktəbliləri üçün qısaqol polo köynəklərin qiyməti 8 manat, uzunqol polo köynəklər 10 manat, şalvar və ətəklər 15 manat müəyyənləşdirilib. Müqayisə üçün deyim ki, 2024-cü ildə bu məhsulların qiyməti daha yüksək idi. Ötən il qısaqol polo köynək 12 manat, uzunqol polo köynək 12 manat, şalvar və ətək 20 manat, jaket də qeyd etdiyim kimi 30 manata satılırdı. standart ölçü hesab olunan 26-54 ölçüdən böyük (56, 58, 60) ölçülü geyimlər əlavə parça sərfiyyatına görə standart qiymətə 5 manat əlavə olunmaqla satılır: “Bütün geyimlər "Bakı Tikiş Evi"nin rəsmi satış mərkəzlərində təqdim olunur. Valideynlər internet üzərindən özlərinə yaxın satış məntəqələrini müəyyən edərək məktəbli formalarını rahat şəkildə əldə edə bilərlər. Satılan bütün formalar 1 il zəmanətlə təklif olunur”.

E.Əzimov deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli köynəkləri 100 faiz pambıqdan hazırlanıb: “Köynəklər üçün nəzərdə tutulmuş parça Özbəkistandan, digər geyimlərin materialları isə Türkiyə və Belarusdan gətirilir. Məhsullar sertifikatlıdır və keyfiyyətinə tam zəmanət verilir.

Valideynlərə xəbərdarlıq edirik ki, mənşəyi məlum olmayan, sertifikatsız və təsadüfi satış mərkəzlərindən məktəbli forması almasınlar. Belə geyimlər uşaqlar üçün sağlamlıq baxımından təhlükəli olar bilər ki, bu da dəri xəstəliklərinə və digər problemlərə səbəb ola bilər".

Bununla belə, bəzi valideynlər BTE-nin də geyimlərinin tez sıradan çıxdığını əsas gətirərək digər mağazalardan alış-veriş etdiklərini deyirlər. Nəzərə alsaq ki, yeni dərs ilinə sayılı günlər qalıb. Payız yaxınlaşdıqca məktəbli geyimlərinə olan tələbat da artır. Bu il valideynləri ən çox maraqlandıran sual isə geyimlərin qiymətidir. Ötən il məktəbli formalarının baha olması narazılıqlara səbəb olmuşdu. Görəsən, bu il vəziyyət necədir? BTE-nin qiymətləri aşağı salması digər mağazalara da təsir edəcəkmi?

Bu suallara cavab tapmaq üçün bir neçə mağazanı gəzərək qiymətlərlə yerində tanış olduq. “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən mağazalarda olduq. Müşahidələrə ilk olaraq “Pumba Kids” mağazasından başladıq. Burada məktəbli geyimlərinin çeşidi genişdir. Satıcı deyir ki, 4-5 yaşdan tutmuş 17-18 yaşlı uşaqlara, hətta 55-60 kiloqram çəkiyə qədər olanlar üçün də ölçülər var. Qiymətlər də nisbətən əlçatandır. Məsələn, məktəb koftaları 9.99 manatdan, şalvar və ətəklər 19.90 manatdan başlayır. Jiletlər 22.80, jaketlər isə 27.80 manatdan təqdim olunur. Satıcı onu da əlavə edib ki, qiymətlər ötən ilə nisbətdə xeyli aşağı salınıb: “BTE-nin qiymətləri endirməsi ilə bağlı deyil. Biz özümüz vaxtaşırı endirim kampaniyaları edirik”.

Yaxınlıqda yerləşən digər bir geyim mağazasında isə qiymətlər daha yüksəkdir. Satıcı qeyd edir ki, malların hamısı Türkiyədən gətirilir, keyfiyyətlidir və bu, qiymətlərə də təsir edir. Burada qısaqol köynəklər 18, uzunqol köynəklər 19 manatdır. Şalvarların qiyməti 32 manatdan başlayaraq 45 manata qədər dəyişir. Ətəklər 30-40 manat arasında, jaketlər isə 30-35 manat civarındadır. Ayaqqabılar da 25-30 manat arası dəyişir. Satıcının sözlərinə görə, ötən illə müqayisədə heç bir artım olmayıb: “Gömrük xərclərimiz artsa da, qiymətləri dəyişməmişik”.

Müşahidələrimizi “Buratino” mağazasında davam etdiririk. Satıcı bildirir ki, burada əsasən Çin istehsalı məktəbli geyimləri satılır. Onun sözlərinə görə, bu il bəzi məhsullarda qiymətlərdə endirimlər var. Məsələn, köynəklər 7.90 manatdan başlayır və keyfiyyətindən asılı olaraq 16.30 manata qədər yüksəlir. Ətəklərin qiyməti 22.90 manatdır, lakin endirimdə olan modellər 14.90 manata da tapıla bilər. Şalvarlar ölçüsünə və modelinə görə 25.20 və 32.90 manat arasında dəyişir. Jaketlər isə 9.90 manatdan başlayaraq 25 manata qədərdir.

Beləliklə, müşahidələr göstərir ki, bu il məktəbli geyimləri bazarında hər büdcəyə uyğun seçim tapmaq mümkündür. Qiymətlər mağazadan mağazaya dəyişsə də, ötən illə müqayisədə ya sabit qalıb, ya da müəyyən endirimlər edilib. Seçim isə valideynlərin həm keyfiyyət, həm də büdcə balansına əsaslanır.

Araşdırmalar göstərir ki, bu il məktəbli geyimlərinin qiymətləri ötən illə müqayisədə ya sabit qalıb, ya da bəzi mağazalarda müəyyən endirimlər edilib. Qiymətlər mağazaların satış strategiyasından, məhsulun istehsal ölkəsindən və keyfiyyətindən asılı olaraq dəyişir. Çin istehsalı olan məhsullar nisbətən ucuz olsa da, Türkiyə istehsalı olanlar daha baha və keyfiyyətli kimi təqdim olunur. Valideynlər isə seçim zamanı həm büdcələrini, həm də keyfiyyəti nəzərə almağa çalışırlar.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir,

Oxunub: 540
Paylaş:
Digər xəbərlər

cemiyyet

7-08-2024, 11:54

Məktəbli formaları ilə bağlı valideynlərə müraciət

cemiyyet

28-07-2023, 09:17

50 gün vaxt, 1,6 milyon forma ehtiyacı - Şagirdlər sentyabrda çətinliklə üzləşəcəklər?

cemiyyet

12-08-2022, 14:22

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

cemiyyet

6-07-2021, 09:50

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir: həm rəngi, həm də forması - FOTOLAR

cemiyyet

11-02-2020, 16:07

Azərbaycanda yeni məktəbli formaları tətbiq olunacaq

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
Dünən, 11:59
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
Dünən, 10:08
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
Dünən, 08:47
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
1-07-2026, 12:38
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
1-07-2026, 12:22
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
1-07-2026, 12:00
Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb
Kriminal
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
Son xəbərlər
  • Dünən, 16:00
    Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
  • Dünən, 15:30
    Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
  • Dünən, 14:22
    Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
  • Dünən, 14:00
    Müharibə İranın ən böyük sirrini üzə çıxardı
  • Dünən, 12:43
    Vilayət Eyvazov polislərə tapşırıq verdi
  • Dünən, 11:59
    DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
  • Dünən, 11:37
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
  • Dünən, 11:33
    "Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
  • Dünən, 10:12
    Əsgəran-Xocalı-Xankəndi yolunda tikinti işləri son mərhələyə çatıb
  • Dünən, 10:08
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
  • Dünən, 09:51
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • Dünən, 09:23
    Dövlət başçısı: Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır
  • Dünən, 09:11
    İlham Əliyev: Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir
  • Dünən, 09:00
    Azərbaycan polisi: dövlətçiliyin keşiyindən yeni Vətən quruculuğuna
  • Dünən, 08:59
    "Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur
  • Dünən, 08:54
    Qətərdə ABŞ-İran dolayı danışıqlarında irəliləyiş var
  • Dünən, 08:47
    Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
  • Dünən, 08:44
    BMT Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başladı
  • Dünən, 08:36
    DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
  • Dünən, 08:31
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatdı
  • 1-07-2026, 16:17
    "Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
  • 1-07-2026, 16:00
    Putin müharibəni dayandırır? - Analitiklər mümkün variantları açıqladı
  • 1-07-2026, 13:03
    Sabiq rektor VƏFAT ETDİ
  • 1-07-2026, 12:38
    AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
  • 1-07-2026, 12:22
    Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
  • 1-07-2026, 12:19
    "İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
  • 1-07-2026, 12:15
    Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı
  • 1-07-2026, 12:08
    NATO-nun Baş katibi: “Putin bu halda danışıqlar masasına oturacaq”
  • 1-07-2026, 12:00
    Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb
  • 1-07-2026, 11:52
    Bu ölkədə istidən ölənlərin sayı 900-ə çatdı
  • 1-07-2026, 10:56
    SIZIN KIMI KIŞILƏRƏ GÜVƏNIR VƏTƏN AZƏRBAYCAN!
  • 1-07-2026, 10:38
    Bu gündən bu qanun qüvvəyə minir
  • 1-07-2026, 10:24
    Rayonlara səfər edənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi
  • 1-07-2026, 10:21
    İlham Əliyev onları təbrik etdi
  • 1-07-2026, 10:14
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
Daha çox
27-06-2026, 12:04
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar - Yenilənib
26-06-2026, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
29-06-2026, 16:00
İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
1-07-2026, 16:17
"Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
27-06-2026, 09:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
27-06-2026, 10:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə