• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab

siyaset

12-06-2025, 14:22



Deputatlar deyir ki, Qarabağla bağlı iddiaların hüquqi və tarixi əsası yoxdur; “Matenadaran arxivləri araşdırılmalı, tarixi irsimiz geri qaytarılmalıdır”

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini güc yolu ilə bərpa etməsini hələ də erməni lobbisinə bağlı antitürk, islamofob dairələr “həzm edə” bilmir. Bu da növbəti fakt.

1988-ci ilində ABŞ Konqresində qlobal dini etiqad azadlığı ilə bağlı prezidentə, dövlət katibi və parlamentə tövsiyələr hazırlamaq məqsədilə yaradılmış ikipartiyalı komissiya - Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiya (USCIFR) Azərbaycana ünvanlı yeni həyasız böhtanla çıxış edib. Erməni mediasının Amerika Erməni Milli Komitəsinə (ANCA) istinadla yazdığına görə, qurum Azərbaycandakı vəziyyəti müzakirə edib və “Vaşinqtonu bir daha "artsax"da dini etiqad azadlığını pozduğuna, ermənilərə qarşı etnik təmizləmə apardığına və erməni məhbuslara qarşı sui-istifadə hallarına görə" Bakıya sanksiyalar tətbiq etməyə çağırıb.

Bildirilir ki, dinləmələr USCIRF-in bu ilin fevralında Azərbaycanda erməni əhaliyə münasibətdə guya hərbi cinayətlər törədilməsi, dini təqiblər və “artsax”dakı mifik erməni tarixi varlığını silmək üçün sistematik cəhdlərlə bağlı “sübutları üzə çıxaran” (?! - red.) faktaraşdırıcı missiyasının ardınca keçirilib.

“Bakı lazımi islahatları (?! - red.) həyata keçirməyənə və insanları din azadlığı hüququnu dinc şəkildə həyata keçirdikləri üçün (?! - red.) həbs edib işgəncə verənləri məsuliyyətə cəlb edənədək ABŞ hökuməti sanksiya mexanizmindən istifadə etməlidir”, - komissar Viki Hartzler sərsəmləyib. O, həmçinin bir az da irəli gedərək deyib ki, “artsax”ın işğal olunmuş ərazilərinə və ona bitişik ərazilərə beynəlxalq müşahidə missiyasının göndərilməsi vacibdir.

USCIRF sədri Stiven Şnek də ondan geri qalmayaraq bildirib ki, guya Qarabağda bir çox erməni dini obyektlər ya dağıdılıb, ya məhv edilmə təhlükəsi altındadır, ya da digər dini inancların ehtiyacları üçün onların təyinatı dəyişdirilib. Söhbət konkret halda, erməniləşdirilən alban abidələrinin öz tarixi simasına və əzəli sahiblərinə qaytarılmasından gedir.

Rəsmi Bakı bu kimi böhtanlardan xüsusi narahatlıq keçirməlidirmi? Nə etməli?


İlahiyyatçı millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Belə bəyanatlar və iddialarla tez-tez qarşılaşırıq, bu cür yanaşmalar artıq adi hala çevrilib. Bu da bir daha göstərir ki, bu məsələlərə yanaşmada ikili standartlar mövcuddur. Əslində hamıya məlumdur ki, Qarabağ Azərbaycan ərazisidir və bu ərazilərin Azərbaycanın tərkib hissəsi olması heç bir şübhə doğurmur. Qarabağla bağlı irəli sürülən iddiaların heç bir hüquqi və tarixi əsası yoxdur.

Hazırda bu ərazilərdə gedən işlər - istər bərpa, istərsə də quruculuq sahəsində olsun - tamamilə Azərbaycanın daxili işidir. Azərbaycan xalqı tolerantdır və digər mədəniyyətlərə qarşı daim hörmətlə yanaşır. Qarabağda erməni abidələrinin dağıdılması ilə bağlı ittihamlar əsassızdır və reallığı əks etdirmir.

Əgər bu gün hansısa bir tərəf mədəni irsin dağıdılmasında ittiham olunmalı olsa, bu elə Ermənistandır. Çünki uzun illər işğal altında saxladıqları Azərbaycan torpaqlarında yüzlərlə dini və tarixi abidəmizi dağıdıblar, məscidlərimizi təhqir obyektinə çeviriblər. Bütün bu faktlar ortadadır və beynəlxalq ictimaiyyət tərəfindən də sənədləşdirilib.

Ona görə də Azərbaycan bu əsassız ittihamların hədəfi olmamalıdır. Ədalətli mövqe tutmaq istəyən hər kəs real faktlara əsaslanmalı, bölgədəki tarixi və hüquqi həqiqətləri nəzərə almalıdır".

Milli Məclisin deputatı Hikmət Babaoğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ABŞ-ın Beynəlxalq Din Azadlıqları Komissiyasının Azərbaycanla bağlı səsləndirdiyi fikirlər əsassız, böhtan xarakterlidir və heç bir tarixi əsaslandırmaya söykənmir: “Bu, sadəcə, din azadlıqlarının müdafiəsi deyil, əksinə, dini inancların daşıyıcılarının radikal formada təəssübkeşliyinin edilməsidir. Əgər doğrudan da söhbət din azadlıqlarının müdafiəsindən gedirdisə, bəs niyə bu təşkilat 30 il ərzində Qarabağda və ona bitişik yeddi rayonumuzda ermənilər tərəfindən tamamilə dağıdılmış dini-mədəni irsimizə dair heç bir mövqe bildirmədi? Niyə erməni barbarlığını qınamadı? Niyə bu gün Ermənistan ərazisində tarix boyu əcdadlarımızın yaratdığı dini abidələr, qəbiristanlıqlar dağıdılır?! Əgər bu təşkilat doğrudan da din azadlıqları ilə məşğuldursa, bəs nədən bu məsələlərə göz yumur? Göründüyü kimi, onların mövqeyi obyektivlikdən uzaqdır və islamofob düşüncə tərzinə əsaslanır. Amma unutmamalıyıq ki, "daldan atılan daş topuğa dəyər". Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağda olan müsəlman və xristian dini abidələrin bərpasını həyata keçirir. Şuşa şəhərindəki qədim alban kilsəsi bərpa olunub, ermənilərin Qarabağda dağıtdığı rus-pravoslav kilsəsinin bərpası ilə bağlı tədbirlər görülür. Qarabağda istər müsəlman, istərsə də xristian mədəni irsi qorunur və bərpa olunur. Buna görə də belə əsassız bəyanatlar səsləndirməzdən əvvəl həmin təşkilat nümayəndəsini Azərbaycana göndərib ermənilərin iddiasının doğru olmadığını yoxlayardı. Biz böyük məmnuniyyətlə onları işğaldan azad olunmuş ərazilərə aparıb, viran qoyulmuş məscidlərimizi və hazırda bərpa edilən xristian və müsəlman abidələrini göstərə bilərdik.

Amma təəssüf ki, görünür, belə bir səfərin təşkilində maraqlı deyillər. Çünki onların məqsədi əvvəldən bəllidir - erməniləri müdafiə etmək və islamofob mərkəzlərin maraqlarını təmin etmək. Maraqlıdır ki, bu təşkilatlar daim radikal islamdan danışır, amma heç vaxt radikal xristianlıq və ya xristian ekstremizmi barədə heç nə demirlər. Halbuki əgər obyektiv yanaşsaq, bu gün dünyada xristian radikalizmi və terroru da az deyil. Hətta bu komissiyanın bəzi üzvləri də həmin çevrələrdən çıxmış şəxslərdir".

Xristian abidələrinin guya ermənilərə aid olması ilə bağlı iddialara gəlincə, Hikmət Babaoğlu qeyd edib ki, bu sahədə də tarixçilərin üzərinə böyük məsuliyyət düşür: “Bütün Qafqazda mövcud olan xristian-qıpçaq abidələrinin azərbaycanlılara, türk mənşəli əcdadlarımıza məxsus olduğunu sübut edən elmi əsaslar, sənədlər, arxeoloji materiallar və yazılı mənbələr beynəlxalq səviyyədə hələ lazımi qədər təqdim edilməyib.

Təəssüf ki, Yüzbaşyan adlı biri erməni əlifbasında lüğət hazırlayıb, Qıpçaq türklərinə aid olan dini mətnləri, xristian külliyatını erməni əlifbasında yazılmış şəkildə toplayaraq, bu gün həmin mətni Ermənistanda saxlayır. Məqsəd xristian külliyyatını saxlamaqla o dili öyrənmək və bu dili saxtalaşdıraraq erməni maddi-mədəni irsi kimi təqdim etməkdir.

Bu, təkcə keçmişin saxtalaşdırılması deyil, həm də gələcəyə yönəlmiş ciddi təhlükədir. Əgər bu mətnlər mənim şəxsi arxivimdə varsa, demək ki, bu məlumatlar digər mənbələrdə də var və ictimailəşdirilməlidir.

Necə olur ki, qıpçaq türkcəsində yazılmış bu mətnlər Polşada, Ukraynada tapılır? Çünki azərbaycanlı - yəni bu Qafqaza, xüsusilə Qafqaz Albaniyasına mənsub xristian qıpçaqlar - İslamın gəlişindən sonra qıpçaq çöllərinə, bugünkü Ukraynaya və Polşaya köçüblər. Onlar Avropaya köçərək öz dillərində yazmağa və danışmağa davam ediblər. Onların danışdığı dilə aid materiallar bu gün Kiyev arxivlərində, Polşa arxivlərində saxlanılır. Əgər biz gedib onları əldə edib tədqiq etməsək, əlbəttə ki, bizə qarşı bu cür əsassız iddialar irəli sürüləcək. Biz beynəlxalq komissiyanın yaradılması ilə bağlı təşəbbüslə çıxış edib, Matenadaran (Ermənistanda qədim əlyazmaların saxlandığı kilsə kitabxanası) arxivində saxlanılan qədim qıpçaq və Qafqaz Albaniyasına məxsus abidələrin dilinə dair mənbələri əldə edib araşdırmasaq, bu ittihamlar davam edəcək. Çünki bizim bütün xristian qıpçaq külliyyatımızın böyük əksəriyyəti bu gün Matenadaranda saxlanılır. Onlar orada, qıpçaq dilində yazılmış yazılı abidələr, sənədlər kimi qalır. Amma biz üçüncü və ya dördüncü ölkələrin vasitəsilə bu mənbələrə çıxış əldə etməliyik. Bu mənbələri əldə edib, çıxarıb, xristian tariximizi bərpa etməliyik".

Oxunub: 1 190
Paylaş:
Digər xəbərlər

siyaset

8-01-2024, 16:00

Dövlət Departamentinin hesabatı Azərbaycana siyasi təzyiq məqsədi daşıyır - FAKT BUDUR!

siyaset

4-08-2023, 09:59

Fransalı senator Azərbaycandan üzr istədi

cemiyyet

28-03-2023, 10:04

Nəzir qutularına nəzarət dövlət komitəsinə verilib? - AÇIQLAMA

siyaset

17-03-2023, 13:41

Rəsmi Bakıdan Ermənistanın dünənki bəyanatına cavab

gundem / siyaset

3-06-2018, 13:07

"Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir. Azanın səsi 500 metrdən kənara yayılmamalıdır..." – Əli Həsənov

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Cəmiyyət
Bu gün, 11:39
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Bu gün, 10:58
Prezidentin qızı və gəlini tamaşa nümayişində - Fotolar
Bu gün, 08:32
Sürücülərin bal limiti artırılır - ŞAD XƏBƏR
Bu gün, 08:18
Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur
Dünən, 15:30
İyunda 10 gün iş olmayacaq
Dünən, 09:49
DİM-dən ödəniş müqabilində bal “artıranlar”a XƏBƏRDARLIQ
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 16:00
    Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
  • Bu gün, 15:30
    Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
  • Bu gün, 14:22
    İranda hakimiyyət uğrunda savaş qızışır: Pezeşkian niyə istefa vermək istəyir?
  • Bu gün, 12:29
    SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
  • Bu gün, 12:24
    Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
  • Bu gün, 12:13
    Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
  • Bu gün, 12:09
    Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
  • Bu gün, 11:45
    TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
  • Bu gün, 11:39
    DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
  • Bu gün, 11:29
    Prezident seçkilərində namizəd olmayacağını açıqladı
  • Bu gün, 10:58
    Prezidentin qızı və gəlini tamaşa nümayişində - Fotolar
  • Bu gün, 10:52
    Sahibə Qafarova Simonyanı Azərbaycana dəvət edib
  • Bu gün, 10:40
    İlham Əliyev həmkarını təbrik etdi
  • Bu gün, 10:06
    ABŞ-nin Azərbaycandakı yeni səfiri o ola bilər
  • Bu gün, 09:43
    Yay bu tarixdə başlayacaq
  • Bu gün, 09:39
    İraqda ABŞ və Britaniya hərbçiləri həlak olub
  • Bu gün, 09:00
    Bakıda polislərə müqavimət göstərən şəxs saxlanıldı
  • Bu gün, 08:32
    Sürücülərin bal limiti artırılır - ŞAD XƏBƏR
  • Bu gün, 08:23
    YouTube-dan yenilik: maraqsız hissələr avtomatik sürətləndiriləcək
  • Bu gün, 08:18
    Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur
  • Dünən, 20:47
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • Dünən, 15:30
    İyunda 10 gün iş olmayacaq
  • Dünən, 14:30
    Çindən dünyanı şoka salan möcüzə: İki ilə tikilən nəhəng stansiya kosmik mərkəzə bənzəyir
  • Dünən, 14:22
    İrəvanda kartlar yenidən oynanılır: Kremlçilərlə qərbyönümlülərin savaşı
  • Dünən, 09:49
    DİM-dən ödəniş müqabilində bal “artıranlar”a XƏBƏRDARLIQ
  • Dünən, 09:26
    Şəhid övladlarının iştirakı ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib
  • Dünən, 09:15
    ABŞ İrana zərbələr endirdi, SEPAH isə “cavabsız qoymayacağıq” dedi
  • Dünən, 09:06
    İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir
  • Dünən, 09:00
    Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
  • Dünən, 09:00
    Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
  • Dünən, 08:55
    Su axtarırdı, neft tapdı: fermer sərvət əvəzinə böyük problemlərlə üzləşdi
  • Dünən, 08:37
    Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
  • Dünən, 08:28
    İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
  • Dünən, 08:16
    Bələdiyyə sədri və onlarla insan saxlanılıb
  • Dünən, 08:11
    BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
Daha çox
30-05-2026, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
27-05-2026, 09:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
Dünən, 07:03
Cgg
26-05-2026, 18:02
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
28-05-2026, 14:00
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
29-05-2026, 22:07
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə