• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Hacı Salayev : "Heydər Əliyev İrsinin 102 İli: Müstəqil Azərbaycanın Təməlində Duran Liderlik"

cemiyyet

8-05-2025, 14:43

Hacı Salayev : "Heydər Əliyev İrsinin 102 İli: Müstəqil Azərbaycanın Təməlində Duran Liderlik"


Prezident İlham Əliyev: “Heydər Əliyev dahi şəxsiyyət, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı təhlükədən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siaysət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.

Xalqların dövlətçilik təcrübəsini sübut edən başlıca amil, heç şübhəsiz ki, həmin xalqların keçdiyi mübarizə yoludur. Bu yolda qarşılaşdığı, dəf etdiyi hadisə və proseslər tarixi əhəmiyyətə malikdir. Odur ki, hər bir xalqın dövlətçilik tarixində özünəməxsus təcrübəsi vardır. Azərbaycan xalqı olaraq uzun əsrlər boyu dövlətçilik tariximizlə bağlı baş vermiş hadisə və proseslər, eləcə də ayrı-ayrı millətlərin və xalqların dövlət quruculuğu prosesləri onu deməyə əsas verir ki, lidersiz nə rifah, nə tərəqqi, nə də dövlət quruculuğu mümkündür. Azərbaycan xalqı məhz öz dahi övladı, görkəmli dövlət xadimi, strateq, Ulu Öndər Heydər Əliyevin simasında bütün dünyaya məhz bunu sübut edib. Bu gün müasir Azərbaycan dövlətinin adı Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. O özü də xalqının keçmişi, bu günü və gələcəyi ilə qürur duyduğunu qeyd edirdi. Heydər Əliyev dövlət qurdu, xalqını səfərbər etdi, “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” dedi və buna nail oldu. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” deyirdi Ulu Öndər.

Heydər Əliyev həm Sovetlər dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi zaman bütün varlığı ilə Azərbaycan dövlətçiliyinin inkişafına çalışdı. Dövlətçiliyimizin əsaslarını yaratdı və formalaşdırdı. Onun inkişaf etdirilməsi üçün zəruri olan bütün addımların atılmasının təməlini qoydu. Azərbaycan xalqının, dövlətinin gələcəyini təmin edəcək hüquqi, siyasi, iqtisadi, sosial və mədəni əsasların özülünü inşa etdi. Bütün bu tarixi nailiyyətlərin sırasında zaman-zaman inkişaf etdirilən, əsasları formalaşdırılan, dövlətimizin varlığının müqəddəs şərti olan ordu quruculuğu işi fəaliyyətinin bütün dövrlərində Ulu Öndərin nəinki xalqımız qarşısında, bugünkü tarixi həqiqətlər sübut edir ki, həm də bütövlükdə regionumuz və bəşəriyyət qarşısında ən böyük xidmətlərindən biri oldu. Məhz Azərbaycanın ordu quruculuğu sahəsində Heydər Əliyevin tarixi xidmətləri torpaqlarımızın azadlığına, yaşadığımız regionda yeni, mütərəqqi reallıqların yaranmasına, xalqımızın və dövlət rəhbərimizin simasında ordunun hər zaman dövlət üçün “məhək daşı” olduğunu, beynəlxalq ictimaiyyətin, təşkilatların, dünyada özünü hegemon hesab edən dövlətlərin uzun illər ərzində gücü çatmadığı tarixi ədalətin bərpası işini məhz onilliklər boyu onun müəyyən etdiyi strategiyaya uyğun yaradılan Azərbaycan Silahlı Qüvvələri təmin etdi. Məhz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan xalqının tarixi ideallarının gerçəkləşməsinə vəsilə oldu.

Hələ Sovetlər dönəmində Heydər Əliyevin xalqımız üçün gördüyü quruculuq işləri, bu istiqamətdə həyata keçirdiyi islahatlar, nail olduğu sosial-iqtisadi, mədəni-siyasi yeniliklər dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış tarixi addımlar idi. Bütün bu addımların fonunda Azərbaycan naminə həyata keçirilməli olan daha bir mühüm vəzifənin - ordu quruculuğu vəzifəsinin qarşıya məqsəd kimi qoyulması və bundan ötrü milli hərbi kadr potensialının yaradılması, gənc azərbaycanlıların dünyanın müxtəlif dövlətlərində, müxtəlif profilli hərbi təyinatlı təhsil müəssisələrində oxumalarına şərait yaratması, müxtəlif istiqamətli qoşun birləşmələrində hərbiçi kimi çalışacaq mütəxəssislərin yetişdirilməsi, ölkəmizdə hərbi təyinatlı istehsal müəssisələrinin istifadəyə verilməsi müasir Azərbaycanın təhlükəsizliyinə, süverenliyinə hesablanmış uzaqgörən strateji düşüncənin təzahürləri idi.


Heydər Əliyev Azərbaycan tarixinin dərinliklərini bilirdi. O bilirdi ki, ölkəsi yerləşdiyi coğrafiyaya, malik olduğu təbii sərvətlərə görə zaman-zaman müxtəlif imperiyaların maraq dairəsində olub. Məhz bu səbəbdən Cənubi Qafqazın bu dilbər guşəsi hər zaman hərb meydanını xatırladıb. Düşmənə qarşı olan mübarizə ruhu nə qədər güclü olsa da, nizami hərbi gücün qeyri mövcudluğu xalqımıza məşəqqətlər yaşadıb. Baxmayaraq ki, artıq Azərbaycan vahid Sovet Sosialist Respublikaları İttifaqının tərkibində idi. Ulu Öndər bilirdi ki, bu, sadəcə, ittifaqdır - təsis olunmasının əsasında güc amili mövcud olmuş ittifaq. Nə zamansa, milli dövlətlər bu ittifaqdan qurtulmağa çalışacaq. O zaman təkcə Cənubi Qafqaz deyil, bütün dünya üçün Sosializm sisteminin əhatə etdiyi coğrafiya maraqların toqquşduğu məkana çevriləcək. Belə olan halda əldə olunmuş iqtisadi, sosial, mədəni və siyasi nailiyyətləri qorumaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün hərbi gücə, güclü silahlı qüvvələrə zəruri ehtiyac yaranacaq. Hələ Sovetlər dönəmində dövlət rəhbəri və xalqının lideri olan Heydər Əliyev atdığı bütün addımları sanki gələcək müstəqil Azərbaycan üçün hesablayırdı. Eləcə də ölkəmizin hərbi qüdrətinin artırılmasından ötrü lazım olan bütün tədbirləri görürdü. Xalqının tarixinə sonsuz məhəbbət və ehtiramla yanaşan Heydər Əliyev həm də tarixi xalq qəhrəmanlarımızın rəşadətini yüksək qiymətləndirir, onların adının əbədiləşdirilməsi - xatirə komplekslərinin, muzeylərin yaradılmasını, yazılı ədəbiyyat nümunələrinin təbliğ olunmasını kütləvi hərb mədəniyyətinin bir hissəsi kimi görürdü. Məhz Ulu Öndərin təşəbbüsü ilə ölkəmizin aidiyyəti elmi tədqiqat institutları tarixi xalq qəhrəmanlarının həyat yolu, onların öz dövləti qarşısındakı xidmətləri öyrənilməyə, məktəblərdə tədris olunmağa başlanıldı. Onun Azərbaycan gəncinin öz əcdadını tanıması istiqamətindəki fəaliyyəti Sovet dövləti rəhbərliyinin qısqanclığına səbəb olsa da, Heydər Əliyev bu tarixi missiyanı xalqı qarşısında özünün şərəf borcu hesab edirdi.

Heydər Əliyevin gələcək, müstəqil Azərbaycanın hərbi quruculuğu sahəsində atdığı ilk möhtəşəm uğurlu addım hərbi təyinatlı internat-məktəbinin təsis edilməsi idi. Müasir Azərbaycanın Silahlı Qüvvələrinin uğurlarının başlıca səbəblərindən biri də məhz uzun illər öncə yaradılmış bu məktəb idi. Sonradan Hərbi Lisey kimi fəaliyyət göstərəcək bu təhsil ocağına Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan, Cəmşid Naxçıvanskinin adının verilməsi Ulu Öndərin milli kimliyinə bağlılığının daha bir bariz nümunəsidir. O bu məktəbin fəaliyyətini daim öz şəxsi nəzarətində saxlayır, vaxtaşırı olaraq şəxsən həmin məktəbə gedir, ordakı təhsilin vəziyyəti və keyfiyyəti, pedaqoji heyətin peşəkarlığı ilə maraqlanır və bu istiqamətdə tapşırıq və tövsiyələrini verirdi. Artıq qısa müddətdə Azərbaycanın təhsilli zabit korpusu öz nüfuzu ilə ad çıxarmağa başlamışdı. Hərbi ixtisasa yiyələnmək ölkəmizdə prestijli sahəyə çevrilirdi. Ulu Öndərin təşəbbüsü ilə təsis edilmiş Cəmşid Naxçıvanski adına internat məktəbin məzunları təhsillərini Leninqrad Hərbi Tibb Akademiyasında, Mühəndis -Texniki və Hərbi Dəniz Məktəblərində, Kiyevdəki Hərbi Radiotexnika Mühəndisləri və Hərbi-Siyasi Dəniz Məktəbində, Hava Hücumundan Müdafiə Hərbi-Siyasi Məktəbində, Simferepol Ali Hərbi-Siyasi Məktəbində, Çerniqov Ali Hərbi Aviasiya Məktəbində, Ali Zenit-Raket Komandirləri Məktəbində, bütövlükdə dünyanın 47 ali məktəbini əhatə edən 26 ölkədə hərbi tədris müəssisələrində təhsillərini davam etdirirdilər. Artıq minlərlə azərbaycanlı gənc hərbçi mütəxəssis kimi yetişir, gələcək-müasir Azərbaycanın ixtisaslı hərbçiləri kimi dövlətimizə və xalqımıza xidmət vəsiqəsi əldə edirdilər. Heydər Əliyev eyni zamanda, yaratdığı məktəbin tədris prosesinin iştirakçılarının sosial qayğıları ilə maraqlanır, hərbi tədris işinə cəlb edilmiş zabitlərin həyat şəraitinin yüksəldilməsindən ötrü zəruri tapşırıqlarını verirdi. O çalışırdı ki, Sovet ordusunun tərkibində Azərbaycanın özünün milli zabit korpusu formalaşsın. Bütün bu addımları ilə O, sanki gələcəkdə müstəqil, suveren Azərbaycanın inkişafının qarantı olacaq ordunun əsasını qoyurdu. Ulu Öndər bilirdi ki, gələcək Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun əsas şərti güclü iqtisadiyyatla yanaşı, həm də güclü ordu quruculuğudur. Heydər Əliyev bilirdi ki, xalqımızın tarixi yaddaşından süzülüb gələn “Ordun varsa, yurdun var” ifadəsi həqiqətdir. Özünün də iştirakçısı olduğu tarixi proseslər, xüsusilə II dünya müharibəsi zamanı alman faşizmi üzərində Sovet dövlətinin bəşəri qalibiyyəti zamanı ordunun rolunun nədən ibarət olduğunun canlı şahidi olmuşdu. Zəngin təbii sərvətlərə, əsrarəngiz coğrafi şəraitə malik Azərbaycanın öz gücü ilə ayaq üstə dura biləcəyini, zəhməti və əzmi ilə azərbaycanlıların öz dövlətini yüksəltməyə hazır olduqlarını, lakin bu coğrafiyada Azərbaycanın dirçəlməsini qəbul edə bilməyənlərlə mübarizədə mütləq hərbi gücə malik olmağın gərəkliyi aydın görünürdü. Odur ki, Heydər Əliyev ordu quruculuğu üçün əsas olan kadr problemini artıq həll etmişdi.

Sovetlər ittifaqının sürətli çöküşü, Heydər Əliyevin İttifaqın rəhbərliyindən məqsədli şəkildə uzaqlaşdırılması, ölkəmizin bütün sahələrində olduğu kimi hərbi quruculuq sahəsində də ciddi problemlərə yol açdı. Sovetlərin süqutu ilə Azərbaycanın da digər müttəfiq respublikalar kimi müstəqilliyini elan etməsi xalqımız üçün nə qədər böyük nailiyyət idisə, bu müstəqilliyi qorumaq gücündə olmayan, səriştəsiz, dövlət idarəçiliyindən bixəbər şəxslərin hakimiyyət başına gəlişi bir o qədər təhlükəli idi. Müstəqilliyin ilk illərində bütün sahələrdə kütləvi geriləmələr olduğu kimi, hərbi quruculuq işi də unudulmuşdu. Erməni işğalının tüğyan etdiyi bir şəraitdə, orduya, hərbi təyinatlı tədris müəssisələrinə biganə münasibət illərin gərgin əməyini heçə endirirdi. Hansı ki, indi orduya, ixtisaslı zabit korpusuna daha çox ehtiyac var idi. İndi zabitləri nəinki düşmənlə mübarizəyə səfərbər edəcək rəhbərlik yox idi, bu azmış kimi ölkənin ordu korpusları bir biri ilə döyüşmək həddinə gətirilmişdi. Məhz belə bir məqamda müdrik xalqımız Heydər Əliyevə sığındı. Onun ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan məhrumiyyətlərdən xilas oldu. Eləcə də, məhz özünün təşəbbüskarı və təsisçisi olduğu Azərbaycan Silahlı Qüvvələrinə yeni nəfəs gəldi. Ölkə iqtisadiyyatının dirçəldilməsi, beynəlxalq arenada ardıcıl diplomatik uğurlarla paralel olaraq ordu quruculuğu işi geniş vüsət aldı. Yenidən hərbi məktəblərimizin fəaliyyəti öz axarına qayıtdı. Təkcə Cəmşid Naxçıvanski adına Hərbi Lisey deyil, sonradan Ulu Öndərin adını daşıyacaq Bakı Ali Hərbi Ümumqoşun Komandanlar məktəbi Ali Hərbi Akademiya kimi daha geniş çeşidli hərbi ixtisaslı kadr hazırlıqlarına start verdi. Ulu Öndərin rəhbərliyi altında hər il yüksələn, həcmi genişlənən ölkə iqtisadiyyatı dövlət büdcəsində də öz əksini tapmağa başladı. İldən-ilə büdcədə nəzərdə tutulan hərbi xərclər artırıldı. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə üçün zəruri tədbirlər – ordunun texniki, maddi təchizatı, yeni, daha müasir biliklərə yiyələnmiş hərbi kadr korpusunun hazırlanması, xalqın vətənpərvərlik hissinin, ordunun daimi döyüş hazırlığının yüksəldilməsindən ötrü görülən əməli işlər müstəqilliyimizin qarantına, işğal altında olan torpaqlarımızın azadlığının hər gün yaxınlaşmasına vəsilə oldu. Heydər Əliyevin hərbi quruculuq işi nə qədər möhtəşəm və tarixi idisə, onun bu ordunun özündən sonra sərkərdəsi olacaq lideri müəyyən etməsi, 100 illər boyu Azərbaycan xalqının həsrətində olduğu tarixi ideallarına qovuşmasının başlıca şərti oldu. Məhz Ulu Öndərin hüquqi və siyasi varisi, tarixi şəxsiyyət, Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu, formalaşdırdığı Azərbaycan Silahlı Qüvvələrini inkişaf etdirdi, onun qüdrətini dünyanın ən nəhəng dövlətlərinin qüdrəti ilə müqayisə ediləcək qədər yüksəltdi. Beləliklə də Ulu Öndərin Azərbaycan ordusu ilə bağlı hələ Sovetlər dönəmindən başlayan quruculuğunun nə qədər əhəmiyyətli, gələcəyə hesablanmış tarixi xidmət olduğunu sübuta yetirdi. Uzun illərin keşməkeşli, ağır zəhməti bahasına başa gələn ordu quruculuğu siyasəti Azərbaycan xalqına və dövlətinə tarixi zəfər yaşatdı. O zəfər ki, Ulu Öndər ona hər zaman inanırdı. Tarixi qələbəyə inamını hər zaman çıxışlarında ifadə edirdi. Cənab İlham Əliyev bu möhtəşəm qələbə barədə danışarkən fikrini; - “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözləri ilə ifadə etdi. Bu gün artıq Azərbaycan ordusu dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərimizin, havada, suda və quruda təhlükəsizliyinin qarantıdır. Cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan xalqının və ordusunun tarixi zəfəri Heydər Əliyev şəxsiyyətinin miqyasının nə qədər böyük olduğunu bir daha sübut etdi. Məhz Heydər Əliyevin hələ uzun illər öncə Azərbaycan xalqı və dövlətinin gücünün və nüfuzunun bugünkü tərənnümünə çevriləcək ordu quruculuğu siyasətinin milli və bəşəri əhəmiyyəti əyani surətdə isbat olundu.

Oxunub: 910
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

12-12-2024, 09:00

Ölkəsinə, Millətinə və Dövlətçiliyinə Həsr Edilmiş Ömür

siyaset

15-06-2023, 07:52

XİN: Ümummilli Lideri Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi

siyaset

10-05-2023, 09:46

Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu

gundem / cemiyyet

10-05-2022, 11:35

Baba Rzayev: Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir

gundem / cemiyyet

8-05-2021, 12:57

Yusif Abidov: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildöumu

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
Dünən, 11:59
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
Dünən, 10:08
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
Dünən, 08:47
Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
1-07-2026, 12:38
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
1-07-2026, 12:22
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
1-07-2026, 12:00
Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb
Kriminal
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
Son xəbərlər
  • Dünən, 16:00
    Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
  • Dünən, 15:30
    Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
  • Dünən, 14:22
    Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
  • Dünən, 14:00
    Müharibə İranın ən böyük sirrini üzə çıxardı
  • Dünən, 12:43
    Vilayət Eyvazov polislərə tapşırıq verdi
  • Dünən, 11:59
    DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
  • Dünən, 11:37
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi
  • Dünən, 11:33
    "Arzum 9999" ləqəbli tiktoker məhkəmə zalında həbs olunub
  • Dünən, 10:12
    Əsgəran-Xocalı-Xankəndi yolunda tikinti işləri son mərhələyə çatıb
  • Dünən, 10:08
    Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak etdi
  • Dünən, 09:51
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • Dünən, 09:23
    Dövlət başçısı: Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır
  • Dünən, 09:11
    İlham Əliyev: Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir
  • Dünən, 09:00
    Azərbaycan polisi: dövlətçiliyin keşiyindən yeni Vətən quruculuğuna
  • Dünən, 08:59
    "Euronews": Aİ həll yolları üçün Cənubi Qafqaza üz tutur
  • Dünən, 08:54
    Qətərdə ABŞ-İran dolayı danışıqlarında irəliləyiş var
  • Dünən, 08:47
    Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
  • Dünən, 08:44
    BMT Azərbaycandakı yeni nümayəndəsi vəzifəsinin icrasına başladı
  • Dünən, 08:36
    DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
  • Dünən, 08:31
    Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatdı
  • 1-07-2026, 16:17
    "Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
  • 1-07-2026, 16:00
    Putin müharibəni dayandırır? - Analitiklər mümkün variantları açıqladı
  • 1-07-2026, 13:03
    Sabiq rektor VƏFAT ETDİ
  • 1-07-2026, 12:38
    AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?
  • 1-07-2026, 12:22
    Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
  • 1-07-2026, 12:19
    "İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
  • 1-07-2026, 12:15
    Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı
  • 1-07-2026, 12:08
    NATO-nun Baş katibi: “Putin bu halda danışıqlar masasına oturacaq”
  • 1-07-2026, 12:00
    Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb
  • 1-07-2026, 11:52
    Bu ölkədə istidən ölənlərin sayı 900-ə çatdı
  • 1-07-2026, 10:56
    SIZIN KIMI KIŞILƏRƏ GÜVƏNIR VƏTƏN AZƏRBAYCAN!
  • 1-07-2026, 10:38
    Bu gündən bu qanun qüvvəyə minir
  • 1-07-2026, 10:24
    Rayonlara səfər edənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi
  • 1-07-2026, 10:21
    İlham Əliyev onları təbrik etdi
  • 1-07-2026, 10:14
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
Daha çox
27-06-2026, 12:04
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda - Fotolar - Yenilənib
26-06-2026, 13:02
Xankəndidəki hərbi yürüşdən - Fotolar
29-06-2026, 16:00
İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
1-07-2026, 16:17
"Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
27-06-2026, 09:00
DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
27-06-2026, 10:18
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə