Xəbər lenti
» » İran prezidenti Avropada 17 milyardlıq saziş imzaladı

İran prezidenti Avropada 17 milyardlıq saziş imzaladı

Tarix: 26 yanvar 11:19
İran prezidenti Avropada 17 milyardlıq saziş imzaladı


İran prezidenti Həsən Ruhaninin İtaliyaya rəsmi səfəri çərçivəsində ümumi dəyəri 17 milyard dollara yaxın bir sıra sazişlər imzalanıb.

BBC-nin məlumatına görə, razılaşmalar əsasən energetika və infrastruktur sahələrinə aiddir.

İmzalama mərasimindən sonra Ruhani İtaliyanın baş naziri Matteo Rentsi ilə Kapitoliyada ziyafətdə iştirak edib.

Ruhani bu gün Vatikanda Roma Papası Fransisk ilə görüşəcək. Bundan sonra İran prezidenti Fransaya səfər edəcək. Parisdə “Airbus” şirkəti ilə 100-dən çox təyyarənin alınmasına dair sazişin imzalanacağı gözlənilir.

PATRIOT.AZ
 Oxunub: 281 


Oxşar xəbərlər:
Ən çox oxunanlar