Xəbər lenti
» » Səhiyyə Nazirliyi: "Ölkədə dərman təchizatı sahəsində vəziyyət qənaətbəxşdir"

Səhiyyə Nazirliyi: "Ölkədə dərman təchizatı sahəsində vəziyyət qənaətbəxşdir"

Tarix: 22 yanvar 11:24
Səhiyyə Nazirliyi: "Ölkədə dərman təchizatı sahəsində vəziyyət qənaətbəxşdir"


“Azərbaycanda dərman təchizatı, o cümlədən ürək-damar xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmuş dərman vasitələri ilə təchizat sahəsində vəziyyət qənaətbəxşdir”.

APA-nın xəbərinə görə, bunu Ş.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun rəhbəri Adil Baxşəliyev deyib. O bildirib ki, bəzən əczaçılıq müəssisələrindən müraciət edən alıcılara ticarət markası adı altında satılan hər hansı konkret dərman vasitəsinin hazırda satışda olmadığı deyilir: “Lakin nəzərə almaq lazımdır ki, hər bir dərman vasitəsi təsiredici maddə (molekul) əsasında hazırlanıb. Bir təsiredici maddə əsasında əczacılıq müəssisələrində bir neçə, bəzən onlarla ticarət adı altında dərman vasitəsi satılır. Əczacılıq müəssisəsində bir ticarət markası adı altında satılan dərman vasitəsi olmadıqda, eyni molekulu daşıyan digər dərman vasitəsini əldə etmək olar”.

PATRİOT.AZ
 Oxunub: 244 


Oxşar xəbərlər:
Ən çox oxunanlar