Xəbər lenti
» » Türkiyədə daha bir dəhşətli terror

Türkiyədə daha bir dəhşətli terror

Tarix: 14 yanvar 10:28
Türkiyədə daha bir dəhşətli terror


Türkiyənin Diyarbəkir vilayətində 23 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsi baş verib.

“PATRIOT” anspress-ə istinadən xəbər verir ki, vilayətin Çinar rayonundaPKK terrorçuları eyni anda 3 müxtəlif yerə hücum edib. Yerli vaxtla saat 23.30-da terrorçular polis şöbəsi, jamdarm idarəsi və polislərin xidməti mənzillərinə qumbaraatan, iri çaplı silah və küstar üsulla hazırlanmış bomba ilə hücum ediblər.
Çinar rayonunda baş vermiş terror hadisəsi zamanı PKK silahlılarının polis ailələrinin olduğu xidməti evin yaxınlığında partlayıcı maddə ilə yüklənmiş avtomobili partlatdığı bildirilir. Şiddətli partlayış zamanı binanın bir hissəsi uçub, dağıntıların altında qalan bir körpə isə dünyasını dəyişib. Daha 36 nəfərin xəsarət aldığı bildirilir. Ölü və yaralı sayının çoxalacağı istisna olunmur.

Türkiyədə daha bir dəhşətli terror
Türkiyədə daha bir dəhşətli terror
Türkiyədə daha bir dəhşətli terror

PATRIOT.AZ
 Oxunub: 176 


Oxşar xəbərlər:
Ən çox oxunanlar