Xəbər lenti
» » İlham Əliyev icra hakimiyyətlərini ləğv edir - İDDİA

İlham Əliyev icra hakimiyyətlərini ləğv edir - İDDİA

Tarix: 13 yanvar 10:25
 İlham Əliyev icra hakimiyyətlərini ləğv edir - İDDİA

İlham Əliyev icra hakimiyyətlərini ləğv edir - İDDİAYaxın vaxtlarda Azərbaycanın dövlət idarəetməsində struktur islahatları aparılacaq.

PATRİOT0AZ xəbər verir ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında bu barədə açıq mesajlar verdi.

“Keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz”, - deyə ölkə rəhbəri vurğulayıb.

Prezident qeyd edib ki, bəzi hallarda süni şəkildə iş yerləri yaradılır: “Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq”.

Beləliklə, prezident struktur islahatlarının anonsunu vermiş oldu. Vurğulayaq ki, islahat paketində bir sıra incə mətləblər də yer ala bilər. İslahatlar zərfində siyasi sistemlə bağlı məqamlar da mövcuddur. İstisna edilmir ki, əsasən iqtisadi sahəni əhatə edəcək həmin təkliflər paketində siyasi sistemlə bağlı məqamlara da yer ayrılacaq. Belə ki, siyasi sistemi birdən birə dəyişmək istəməyən hakimiyyət həmin məsələdə mümkün qədər rasional davranmağa üstünlük verib. Dövlət başçısının çıxışı onu deməyə əsas verir ki, həmin siyasi islahat əsasən icra hakimiyyətlərini, nazirlikləri və qismən digər sahələri əhatə edəcək. Bir neçə nazirliyin birləşdirilməsi ilə yanaşı növbəti mərhələdə hər bir nazir tez-tez əyalətlərə gedərək, əhalinin vəziyyəti ilə maraqlanmalı olacaq. Bu, artıq yeni siyasi texnologiyanın işə düşməsi anlamına gəlir. Lakin ən əsas məsələ sturktur islahatlarının dərinləşməsi prosesidir. Belə ki, prezident bildirib ki, Azərbaycanda bir neçə dövlət qurumu və şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır:

“Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər”.

Ölkə başçısı deyib ki, ictimai nəzarət mexanizmləri işə salınmalıdır: “Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizimləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır”.

Vurğulayaq ki, sivil dünyaya baxıb iqtisadiyyatı necə şaxələndirmək haqqında düşünmək lazım gəlir. Bu baxımdan, araşdırmaçılar konkret təkliflərlə çıxış edirlər. Məsələn, onların fikrincə, hər rayonda bir icra hakimiyyəti aparatı, maliyyə şöbələri olmamalıdır. Bu qurumlar ləğv olunmalı və iqtisadi regionlar üzrə prezidentin nümayəndələri təyin olunmalıdır. Ekspertlər əmindirlər ki, maliyyə şöbələri, digər mərkəzi orqanların yerli şöbələri də - Vergilər Nazirliyi timsalında olduğu kimi - regional idarələrdə birləşdirilməlidir. Ən əsası, yerlərdəki maneələr aradan qaldırılmalı, icra hakimiyyəti orqanlarının funksiyaları yerli bələdiyyələrə verilməlidir.

Ekspertlər bu fikirdədirlər ki, dövlət və idarəetmə xərclərini ciddi azaltmaq lazımdır, ancaq mobilliyi artırmaq üçün ciddi institusional və struktur islahatları aparılmalıdır. Odur ki, əhalinin etibar etdiyi kadrlar idarəetməyə cəlb edilməlidir. Ən azı ona görə ki, köhnə kadrlarla bu islahatları aparmaq mümkün deyil və ölkə rəhbəri də çıxışında bu məsələyə toxundu.

Unutmaq olmaz ki, iqtisadi canlanmaya nail olmaq üçün biznesin inkişafına şərait, sağlam rəqabət yaratmaq lazımdır. Bu, həm də xarici investisiyalar üçün əlverişli mühitin yaradılmasından ötrü lazımdır. Lakin biznesin inkişaf etməsi üçün sahibkarların hüquqları təmin olunmalıdır ki, bu da məhkəmə hakimiyyətində islahatlar və müstəqil məhkəmənin formalaşması yolu ilə mümkündür. İnhisar və korrupsiya aradan qaldırılmasa islahatlar mümkün deyil. Odur ki, İlham Əliyev korrupsiyaya qarşı savaş elan edib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, rayon icra strukturlarında da əsaslı dəyişikliklər baş verəcək. Bəzi başçılar rəhbərlik etdikləri rayonu durmadan istismar edirlər. Bundan sonra torpaqları, meşə və dağları çəpərləyib, oliqarxlara mülk kimi hədiyyə verənlər prezident tərəfindən ciddi cəzalandırılacaqlar. Hakimiyyət “oliqarx-qubernator” sistemini də aradan qaldırmağa, idarəetməni mərkəzləşdirməyə hazırlaşır. Belə bir zamanda harınlamış məmur həbsləri xalqın təqdirini qazandırmaqla yanaşı, həm də həmin bölgəyə cavabdeh olan nazir- "qubernator"ların müqavimət ehtimalını da sıfıra endirərdi.

Məsələ ondadlr ki, bəzi icra başçılarının arxasında ona zamin duran bir nazir-oliqarx dayanır. Bəzi RİH başçıları əhalini saymır. İlham Əliyev belə halların qarşısının alınacağını bəyan edib. Bəzi RİH başçılarının həbs olunacağı ehtimalları da mövcddur. Prezident yeni islahatlara start verib və bu dəfə sərt cəza tədbirləri də həyata keçiriləcək.


PATRİOT.AZ
 Oxunub: 3046 


Oxşar xəbərlər:
Ən çox oxunanlar