“Azgranata” şirkəti mağazalarında öz malının "podelkası"nı satır?
cemiyyet
29-09-2024, 12:12
"документ" adlı arağı həm “Azgranata" şirkəti, həm də “RS Ağsu Group” MMC istehsal edir Azəbaycanın spirtli içkilər bazarında önəmli paya və çəkiyə sahib olan “Azgranata” şirkəti ilə bağlı Patriot.az-a ilginc məlumat daxil olub. Saytımıza verilən məlumata görə “Azgranata” şirkəti mallarının rəsmi satışnı həyata keçirən mağazalarında eyni adlı ancaq ayrı şirkətlərə məxsus araqlar satılır. Belə mallardan biridə "документ" adlı araqlarıdır. Hazırda “Azgranata” şirkətinin mağazalarında onlara məxsus 700 ML "документ" arağı ilə bərabər “RS Ağsu Group” MMC-yə məxsus 500 ML-lik "документ" arağı satılır. Bildirilir ki, hər iki arağın arasında ciddi fərq olmasına baxmayaraq “Azgranata” şirkəti mağazalarında “RS Ağsu Group” MMC-nin standarta uyğun olmayan "документ" arağını öz malı kimi satdırır. “RS Ağsu Group” MMC-yə məxsus 500 ML "документ" arağı standartlara uyğun olmadığı üçün vətəndaşlara həyati təhlükə yarada bilər. Ölkənin tanınmış spirt məhsulları şirkəti olan “Azgranata” MMC-nin özünün istehsal etdiyi "документ" arağı ilə bərabər“RS Ağsu Group” MMC-yə məxsus 500 ML "документ" araqlarını satması isə müəmmalıdır. Qeyd edək ki, AQTA dəfələrlə Saray qəsəbəsində yerləşən “RS Ağsu Group” MMC-də sanitar norma və qaydaların pozulduğunu müəyyən edib. Məsələ ilə bağlı araşdırmamız davam edir. sada, də istehsal edir