• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ

siyaset

19-04-2024, 14:22



Rusiya sülhməramlıları Qarabağdan çıxır. 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizmin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi. Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Həmin razılaşmaya görə, sülhməramlılar 2025-ci ilin sonlarında Qarabağdan çıxmalı idilər. Ancaq prosesin vaxtından əvvəl başlamasının səbəbləri çoxdur. Moskva anlayır ki, sülhməramlıların Qarabağda işi bitib və bir il daha bölgədə işsiz-gücsüz qalmaq özləri üçün əlavə yükdür. Həmçinin Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı ola bilər. Nəticə etibarilə, rus qoşunları Azərbaycan ərazisini tərk edir və bunu 44 günlük müharibədən, birgünlük antiterror əməliyyatından sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması bir daha sübut etdi ki, rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu məsələdə mühüm əhəmiyyət kəsb edən amil isə Prezident İlham Əliyevin çevik diplomatik məharəti Azərbaycanın milli maraqlarını tam şəkildə qoruması ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Prezidentin söylədiyi bu fikirlərdə olduğu kimi, Azərbaycan xalqı daha bir əhəmiyyətli hadisəyə şahidlik etdi. Bu qərar həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng “proqnozlar” və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi dövründə, ondan sonrakı 4 ildə və son aylarda daim Azərbaycan əlehyinə çıxışlar edən, açıqlamalar yayan ünsür və qüvvələr Rusiya sülhməramlılarının Azərbaycandan çıxmayacağı haqqında dəfələrlə iddialar səsləndirirdilər. Onlardan biri də Sevinc Osmanqızı idi. Son 10 ildə Azərbaycan dövlətinin maraqlarının, xalqın mənafeyinin əleyhinə gedən S.Osmanqızı, həmçinin AXCP sədri Əli Kərimli Xankəndinin Azərbaycanın nəzarətində olmaması səbəbindən bu qələbəni "yarımçıq qələbə" adlandırırdılar. Son dövrlərdə isə dəfələrlə deyirdilər ki, "Rusiya sülhməramlıları Qarabağdan çıxmayınca belə bir qələbədən söhbət gedə bilməz". Hətta Rusiya qoşunlarının Moldova, Gürcüstan və Ermənistandan çıxacağını, ancaq heç vaxt Azərbaycanı tərk etməyəcəklərini iddia edirdilər. Sevinc Osmanqızı efirdə deyirdi ki, əgər sülhməramlılar Azərbaycandan çıxsa, o, Prezident İlham Əliyevə müraciət edərək “Bravo!, Müzəffər, Birinci” ifadələrini işlədəcək.
Halbuki Azərbaycanın yaxın tarixində Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi. Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı. Ermənilərin geri qayıdacağını deyir, minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdilər. Lakin Moskva özü də əmin oldu ki, artıq rusların Qarabağda qalması mənasızdır. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov da deyib ki, Qarabağda döyüşən tərəflər olmadığından, rus sülhməramlılarına ehtiyac yoxdur: "Qarabağın Azərbaycana məxsus olması ilə bağlı isə artıq heç kim mübahisə etmir". Rusiyalı politoloq Aleksey Naumov bildirib ki, Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür: "Ermənistan Fransa və ABŞ ilə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb".

Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və bu sayədə artmaqda olan nüfuzu ilə hesablaşmaq məcburiyyətindədir. Ekspertin sözlərinə görə, tarixi təcrübə göstərir ki, rus ordusu daxil olduqları ölkələrdən, bölgələrdən çıxmağa tələsmirlər:
"Təcrübə göstərir ki, ruslar müxtəlif təxribatlar törətməklə girdikləri yerlərdə daha uzun müddət qalmağa çalışıblar. Moldova və qonşu Gürcüstanı, o cümlədən Ermənistanı buna misal göstərmək olar. 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın apardığı siyasət, atdığı addımlar ona gətirib çıxardı ki, Moskva Bakı ilə hesablaşmaq məcburiyyətində qaldı. Görünən odur ki, Rusiya bölgəni Azərbaycan və Türkiyənin ixtiyarına buraxıb getmək niyyətindədir. Düzdür, Rusiya hər zaman "ayı siyasəti" həyata keçirib. Bölgədə qalmaq üçün Kremlin başqa variantları gözdən keçirəcəyi ehtimalı da qalmaqdadır. Lakin indiki məqamda, yəni hərbi kontingentin fəaliyyət müddətinin başa çatmasına bir ildən çox vaxt qalmışkən Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Azərbaycan diplomatiyasının böyük uğuru sayılmalıdır. Mühüm məqam odur ki, rus qoşunları heç bir insident baş vermədən, qarşıdurma yaşanmadan ikitərəfli razılıq əsasında torpaqlarımızı tərk edirlər. Bu tarixi proses rus qoşunlarının 1993-cü ilin may ayında Qəbələ RLS istisna olmaqla Azərbaycan ərazisindən çıxarılmasından daha önəmli hadisədir. Artıq Azərbaycan ərazisində bir nəfər də olsun rus hərbçisi, kənar ölkənin hərbi qüvvələri olmayacaq. Bu həm də, Rusiyanın Azərbaycana hərbi güclə təzyiq göstərmək təşəbbüslərindən məhrum olması deməkdir. Eyni zamanda ölkəmizin bölgədə artan nüfuzunun göstəricisidir".

Analitik rus qoşunlarının Zəngəzur dəhlizində mühafizəçi statusunda qalıb-qalmayacağı məsələsinə də münasibət bildirib:
"Rusiya ümumiyyətlə, ilk dövrlərdə Cənubi Qafqazdakı bütün kommunikasiyalara nəzarət funksiyasını ələ almaq istəyirdi. Bölgəyə təsir imkanlarını artırmaq üçün kommunikasiyalara nəzarəti ələ keçirmək Moskvanın əsas siyasəti idi. Ancaq Azərbaycan rəhbərliyinin düşünülmüş siyasəti Rusiyanın regiondakı kommunikasiya xətlərini tam nəzarətə almasına imkan vermədi. Hələlik üçtərəfli bəyanat qüvvədə qalmaqdadır. Ermənistan rəhbərliyi öhdəliyi üzərindən atsa da, Zəngəzur dəhlizinin reallaşması mühümdür. Qərb ölkələri çalışırlar ki, Zəngəzur dəhlizi onların nəzarətində fəaliyyət göstərsin. Çin və Mərkəzi Asiya ölkələrinin də bu məsələdə fəallaşması Rusiyanın dəhlizə nəzarəti ələ keçirmək arzusuna problemlər yarada bilər. Nəzərə alaq ki, rus hərbi kontingenti Azərbaycandan çıxır. Ermənistanda da rus qoşunlarının çıxarılması məsələsi müzakirə olunur. Belə məqamda Rusiyanın Zəngəzur dəhlizində mühafizə missiyasını yerinə yetirməsi də mümkünsüz hal alır. Böyük ehtimal Zəngəzur dəhlizinə nəzarət funksiyası Azərbaycan və Türkiyədə olacaq".

Oxunub: 940
Paylaş:
Digər xəbərlər

siyaset

18-04-2024, 15:30

“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə

siyaset

2-11-2023, 14:22

TƏMİR BƏHANƏDİR... - Bundan sonra NƏ OLACAQ?

siyaset

1-11-2023, 10:11

Sülhməramlıların texnikasının Qarabağdan sürətlə çıxarılmasının səbəbi

siyaset

26-04-2023, 13:52

Sülhməramlılar Qarabağdan vaxtından əvvəl çıxarıla bilər? - Ekspert danışır

dunya

7-12-2022, 09:19

Erməni ekspert: “Rusiya Azərbaycandan qoşunlarını çıxardığı kimi, sülhməramlılarını da çıxaracaq”

Şou Biznes
Manaf Ağayevin 100 min manatlıq qolunda saatı……-Video
"Veriliş bağlansa da, vecimə olmaz" - Rəşad Dağlıya görə xəbərdarlıq edilmişdi - FOTO
Şou-biznesdəki təzə “Həci”: Emin Hüseynov kimdir? - İLGİNC FAKTLAR...
Cem Yılmaz 16 milyonluq səhifəsini bağladı
Brilliant Dadaşovadan 8 mart konserti!
“Survivor”dan qayıdan kimi həbs olunacaq
Cəmiyyət
Bu gün, 12:46
Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək
Bu gün, 12:42
Bunlara əməl edin! - DYP-dən sürücülərə müraciət
Dünən, 16:00
Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
Dünən, 15:30
Azərbaycan əhalisinin sayı açıqlandı
14-05-2025, 16:00
Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14-05-2025, 14:22
ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
Kriminal
Bu gün, 11:38
Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
2-05-2025, 10:35
Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi
29-03-2025, 09:14
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son xəbərlər
  • Bu gün, 21:54
    Şirvanda ağacları kəsib yerində obyekt tikilir – Video
  • Bu gün, 16:00
    COVID Asiyanı yenidən bürüyüb – ölüm halları artır, "maska dövrü" qayıdır
  • Bu gün, 15:30
    İşləməyə qürbət ölkə... - Rusiyadan qovulan miqrantlar başqa ölkələrə axışır
  • Bu gün, 14:22
    Hindistan Pakistana qarşı TƏXRİBATA KEÇİR - Yaxın günlərdə...
  • Bu gün, 12:46
    Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək
  • Bu gün, 12:42
    Bunlara əməl edin! - DYP-dən sürücülərə müraciət
  • Bu gün, 12:37
    İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
  • Bu gün, 12:22
    XİN-dən Paşinyana CAVAB
  • Bu gün, 12:19
    İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
  • Bu gün, 11:38
    Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
  • Bu gün, 11:34
    Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
  • Bu gün, 10:36
    ABŞ senatori Rubio İstanbulda – Rusiya, Ukrayna və üçtərəfli görüş başlayır
  • Bu gün, 10:31
    BAŞLANDI! Krım aerodromları BOMBALANDI, Rusiya ALOV içində, F-16 qırıcıları QALDIRILDI
  • Bu gün, 10:13
    Bank kartlarından 11 min manatdan çox vəsait talanıb
  • Bu gün, 09:50
    Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır
  • Bu gün, 09:34
    “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
  • Bu gün, 09:02
    Küləklə bağlı - Xəbərdarlıq
  • Bu gün, 09:00
    Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
  • Bu gün, 08:57
    Ərdoğan da Albaniyaya gedir
  • Bu gün, 08:52
    İtkin şəhidimizin nəşi Naxçıvana gətirildi - Fotolar
  • Bu gün, 08:42
    Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı
  • Dünən, 18:44
    Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
  • Dünən, 16:00
    Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
  • Dünən, 15:30
    Azərbaycan əhalisinin sayı açıqlandı
  • Dünən, 13:01
    Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
  • Dünən, 11:43
    Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
  • Dünən, 11:37
    Müğənni Dəniz Əsədova həbs edildi
  • Dünən, 11:23
    FHN-in 20 illik yubiley medalı təsis olunacaq
  • Dünən, 10:50
    Cəlbedici qazanc təkliflərinə aldanmayın!
  • Dünən, 10:46
    Azər Şirvanzadə həbs edildi - 300 minlik dələduzluq
  • Dünən, 10:07
    92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
  • Dünən, 09:58
    Talaçaydan və Damarçın çayından sel keçir
  • Dünən, 09:43
    Daha 5 itkin-şəhid dəfn ediləcək - SİYAHI
  • Dünən, 09:37
    İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
  • Dünən, 09:31
    "Azərbaycanda pul vəsaitlərinin yuyulması ilə məşğul olan blogerlər var”
Daha çox
10-05-2025, 13:15
Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
13-05-2025, 16:00
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
12-05-2025, 21:41
"Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı
14-05-2025, 16:00
Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
Dünən, 18:44
Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
12-05-2025, 13:49
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Səxavət Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofispatriot@gmail.com
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə