Xəbər lenti
» » Rusiyanın hava zərbələri nəticəsində Suriyada 200 dinc sakin həlak olub

Rusiyanın hava zərbələri nəticəsində Suriyada 200 dinc sakin həlak olub

Tarix: 23 dekabr 12:16
Rusiyanın hava zərbələri nəticəsində Suriyada 200 dinc sakin həlak olub


Rusiyanın Suriyada həyata keçirdiyi hava zərbələri nəticəsində "azı 200 dinc sakin ölüb", Amnesty İnternational şahidlər və fəallara istinadən bildirib.

Təşkilatın dediyinə görə, hesabatın hazırlanması üçün 30 Sentyabr və 29 noyabr tarixləri arasında Rusiyanın beş ərazidə, yəni Homs, Hama, İdlib, Latakia və Hələbdə 25-dən çox hücumlarını "araşdırıb".

Tapıntılar "Rusiya tərəfindən beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşmaqda ciddi qüsurlar olduğunu" göstərir, Amnesty deyir.

Moskva dəfələrlə mülki şəxslərin öldürülməsi iddialarını təkzib edib və bunu "informasiya müharibəsinin" bir hissəsi adlandırıb.

Amnesty İnternational bildirib ki,"hücumlar və onların nəticələri ilə bağlı telefon və ya internet vasitəsilə 16 şahidlə sorğu keçirib". Şahidlər arasında həkimlər və hüquq müdafiəçiləri də var.

Bundan başqa, təşkilat "hücumlarla bağlı audiovizual çəkiliş əldə etdiyini və nəzərdən keçirdiyini" və "silah mütəxəssisləri ilə məsləhətlər apardığını" deyir.

Hesabat altı hücum barəsində daha ətraflı məlumat verir.

Misal üçün, noyabrın 29-da İdlib əyalətində, Arihada üç raket zərbəsi nəticəsində 49 mülki şəxs öldürülüb, digərləri xəsarət alıb, Amnesty əlavə edir.

Təşkilatın bildirdiyinə görə, şahid ifadələri və hüquq müdafiəçilərinin araşdırmaları göstərir ki, "rayonda hərbi hədəflər olmayıb".

Rusiya rəsmiləri hələlik hesabatda qeyd olunan ittihamlarla bağlı heç bir ictimai şərh verməyib.

Kreml əvvəllər bu tipli hesabatları Suriyada öz fəaliyyətini gözdən salmaq cəhdləri kimi təsvir edib.

Rusiya bu ilin sentyabrın 30-da özünü İslam Dövləti (İD) adlandıran qruplaşma və digər qruplara qarşı Suriyada hava kampaniyasına başlayıb. Moskva bildirir ki, bu qərar Suriya prezidenti Bəşər Əsədin xahişi ilə verilib.

Moskva həmçinin Qərbin dəstəklədiyi və prezident Əsədə müxalif olan qiyamçı qrupları bombalamaqda günahlandırılıb

PATRIOT.AZ
 Oxunub: 211 


Oxşar xəbərlər:
Ən çox oxunanlar