Xəbər lenti
» » Balıq tutanda yıxılıb öldü

Balıq tutanda yıxılıb öldü

Tarix: 19 dekabr 11:45
Balıq tutanda yıxılıb öldü



Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“PATRIOT” report-a istinadən xəbər verir ki, Bəcirəvan kənd sakini Mobil Məmmədov balıq tutarkən həyatını itirib.

Yerli sakinlərin bildirdiklərinə görə, hadisə ötən gün axşam saatlarında kənd ərazisindən keçən Qarabağ kanalında baş verib. Zərərçəkən ov edən zaman ayağı ehtiyatsızlıqdan sürüşüb və başı kanalın kənarındakı betona dəyib. Ağır beyin travması alan kişi bir müddət köməksiz qalıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər

PATRIOT.AZ
 Oxunub: 243 


Oxşar xəbərlər:
Ən çox oxunanlar