Xəbər lenti
» » ABŞ səfiri Azərbaycan naziri ilə görüşdü

ABŞ səfiri Azərbaycan naziri ilə görüşdü

Tarix: 17 dekabr 18:27
ABŞ səfiri Azərbaycan naziri ilə görüşdü


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş olub.

“PATRIOT” xəbər verir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından və müxtəlif sahələr üzrə həyata keçirilən əməkdaşlıqdan bəhs edib. S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət qayğısı ilə əhatə edilməsi üçün icra olunan sosial proqramları qeyd edib: “Əhalisinin sayı 9,7 milyona yaxınlaşan ölkədə 2,3 milyondan çox insanın dövlət tərəfindən birbaşa sosial təminatı həyata keçirilir. Dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam edir. Məqsədyönlü dövlət proqramları ölkədə iqtisadi fəal əhalinin 95 faizdən çox hissəsinin məşğulluğuna imkan yaradıb. Uğurla aparılan iqtisadi şaxələndirmə siyasəti, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsi əmək bazarında sabitliyin qarşıdakı dövrdə də davam edəcəyinə əsas yaradıb”. Nazir həmçinin əməyin ödənilməsində müsbət dinamikanın təmin edildiyini, orta aylıq əmək haqqının son 12 ildə 5,6 dəfədən çox, bu ilin 11 ayında 4,6 faiz artdığını bildirib.

R.Sekuta isə “Günəşli” yatağındakı qəza nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib. O, ABŞ hökumətinin belə qəzaların aradan qaldırılmasında təcrübəsinin olduğunu və bu sahədə əməkdaşlığın əhəmiyyətli ola biləcəyini qeyd edib. R.Sekuta Azərbaycanın əmək və sosial müdafiə sahəsində mütərəqqi dünya təcrübəsindən istifadəyə həmişə xüsusi önəm verilməsini, son illərdə respublikada əmək və sosial təminat sistemində aparılan islahatları yüksək dəyərləndirib.

PATRIOT.AZ
 Oxunub: 138 


Oxşar xəbərlər:
Ən çox oxunanlar