• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Müğənni “pensiya əməliyyatı”nın təfərrüatlarını açıqladı - milyonlar necə mənimsənilib?

siyaset

19-05-2023, 15:30

Müğənni “pensiya əməliyyatı”nın təfərrüatlarını açıqladı - milyonlar necə mənimsənilib?

Müğənni Dəniz Əsədova üzləşdiyi dələduzluq əməlləri ilə bağlı təfərrüatları açıqlayıb.

Musavat.com bildirir ki, Dəniz Əsədova keçirdiyi mətbuat konfransında özü dələduzluğa məruz qaldığı halda məsuliyyətə cəlb olunduğunu deyib.

"Əslində isə mən zərərçəkənəm” deyən müğənninin sözlərinə görə, baş verənlərin kökündə vətəndaşlara pensiya düzəltmək dayanıb. Dəniz Əsədova iddia edib ki, bu məsələdə əsas təqsirkarlar Sabunçu rayon 21 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi işləmiş Rauf İsfəndiyarov, 8 saylı tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Şahin Verdiyev və Kəlbəcər rayon xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovadır.

Əsədova deyib ki, əvvəllər tibb sahəsində çalışıb. Rauf İsfəndoyarovla Şahin Verdiyevi bu sahədə çalışarkən tanıyıb. Sonradan Rauf İsfəndiyarov onu Mehparə Kazımova ilə tanış edib. Dəniz Əsədovanın sözlərinə görə, ayrı-ayrı vətəndaşlara pensiya düzəltmək üçün onlardan pullar alınıb.

"Pullar Rauf İsfəndiyarova, Şahin Verdiyevə və Mehparə Kazımoyava verilib. Tanışlarımın əlillik dərəcələrini guya qanuni yolla həll edəcəklərini desələr də, saxta sənədlər düzəldiblər”, deyə müğənni vurğulayıb. O, həmçinin əlavə edib ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra pensiya təminatı ilə bağlı araşdırmalara başlanıb və xeyli sayda vətəndaşın əlillik dərəcəsi ləğv edilərək pensiyası kəsilib. Bundan sonra həmin vətəndaşlar şikayətçi olublar. "Mən bu işdə adım hallanmasın deyə xeyli sayda vətəndaşın pulunu qaytarmışam. Bunun üçün əmlaklarımı satmışam. Amma buna baxmayaraq, yenə də bu işdə əsas fiqurant kimi mənim addım hallanır, mühakimə edilir və cəzalandırılıram. İşin başında dayananlar, həmin pulları mənimsəyənlər barədə isə heç bir tədbir görülmür”, - deyə Dəniz Əsədova vurğulayıb.

Müğənni daha sonra konkret faktlara keçib. O, jurnalistlərə əlillik dərəcəsi ilə bağlı çoxsaylı sənədlər təqdim edib. Onun iddasına görə, bu sənədlər Mehparə Kazımova tərəfindən düzəldilib.

"Özünüz baxın. Mən, yaxud vətəndaşlar belə sənədləri necə düzəldə bilərlər? Bu sənədlərin hamısı saxtadır. Xəstə olmayan vətəndaşlara müxtəlif xəstəliklər yazılıb və onlara pensiya düzəldilib. Yaxşı başa düşdüm, bu işdə vasitəçi olmuşam deyə məni də ittiham edirlər. Bəs o zaman işin başında dayanan, saxta sənədləri düzəldən, pulları mənimsəyən Rauf İsfəndiyarov, Şahin Verdiyev və Mehparə Kazımova niyə məsuliyyətə cəlb olunmur? Axı pullar bu adamlara verilib. Əlimdə bütün bunları təsdiq edən sübutlar var. Sizə təqdim etdiyim bu sənədləri istintaqa da təqdim etmişdim. Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciətimdə də bu faktlar əks olunub. Amma nəticə yoxdur”.

Mart ayında Dəniz Əsədovanın şikayəti əsasında Rauf İsfəndiyarov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. May ayında isə barəsində həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. Dəniz Əsədova bu fakta diqqət çəkərək bildirib ki, baş verənlər "pensiya əməliyyatı” ilə bağlı cinayət işinin ört-basdır edilməsinə hesablanıb.

"Mən başa düşə bilmirəm nə baş verir? Axı necə ola bilər ki, mənim ittiham olunduğum cinayətdə əsas fiqurant olan bu şəxs barəsində bir ay sonra həbs qərarı dəyişir?! Digərləri barədə isə ümumiyyətlə heç bir tədbir görülmür? Bu cinayət ört-basdır etmək deyil, bəs nədir?! Təsəvvür edin, Rauf İsfəndiyarovla Şahin Verdiyev öz adamlarına saxta əlillik dərəcəsi verib. Bununla bağlı əlimdə sübutlar var. Amma baxan yoxdur.

Dəniz Əsədova mətbuat konfransında ölkə rəhbərliyinə müraciət edərək bu məsələni diqqətdə saxlamasını xahiş edib:

"Mənə təzyiq edilir. İstəyirlər ki, danışmayım, susum. Amma susmaq fikrində deyiləm. Mən bu adamların məsuliyyətə cəlb olunmasını, onlara verilən pulları geri qaytarmalarını tələb edirəm. Bu cinayətin ört-basdır edilməsinə imkan verməyəcəm. Cənab Prezidentdən bu məsələni diqqətdə saxlamasını xahiş edirəm. Burada milyonlarla manat puldan söhbət gedir. Hüquq-mühafizə orqanlarına da müraciətlərim davam edəcək”.

Dəniz Əsədova sonda qeyd edib ki, 16 aprel 2022-ci ildə evində oğurluq hadisəsi baş verib. Müğəninnin sözlərinə görə, hadisəni törədən Mirzəzadə Minayə Nadir qızı adlı şəxsdir. Həmin şəxs Dəniz Əsədovanın evində qulluqçu işləyib. "21 min manat dəyərində qızıl, geyim oğurlanıb. Onun oğurluqla bağlı etirafları var. Aufido-video formasında. Etiraf edib ki, hadisəni ehtiyac üzündən törədib. Həmin sübutlar əlimdədir. Amma bununla bağlı heç bir tədbir görülmür. Nə cinayət işi başlanıb, nə də ümumiyyətlə araşdırılıb”, deyə Dəniz Əsədova vurğulayıb.

Qeyd edək ki, Rauf İsfəndiyarov istintaq altında olduğuna görə onunla əlaqə saxlamaq mümkün deyil. Həmçinin mövqeyini öyrənməyə çalışsaq da, Şahin Verdiyevlə əlaqə yaratmaq mümkün olmadı. Mehparə Kazımovaya gəlincə, vəkili İlqar Rüstəmov onun barəsində müğənninin səsləndirdiyi iddialara hələ ötən il cavab verib. O, Dəniz Əsədovanın dediklərini əsassız adlandıraraq, onu məhkəmyə verəcəklərini bildirib.

Həmçinin Mehparə Kazımova Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Şikayətə mayın 22-də hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Məlumat üçün deyək ki, Dəniz Əsədova bu məsələ barədə zaman-zaman açıqlamalar yayıb. Lakin işin detallarına toxunmayıb.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com







Oxunub: 950
Paylaş:
Digər xəbərlər

sou

27-04-2022, 15:30

Azərbaycanda müğənniyə hökm oxundu

sou

28-07-2021, 13:23

Mətanət Əsədova həbs edilib? - DİN-dən açıqlama

sou

4-03-2020, 14:12

Mətanət Əsədova məşhurlar tərəfindən TƏNQİD EDİLDİ

sou / video

14-10-2019, 10:36

Mətanət Əsədova ərə gedir — VİDEO

gundem / sou

3-01-2019, 14:50

Mətanət Əsədova ailə qurur — VİDEO

Şou Biznes
Razi Əliyeva döyüldü - VİDEO
"Hiss" özünü hiss etdirdi
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Zaurun Qəbələdəki villası: meşənin ətəyində... - FOTOLAR
İlqarla Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olub
Məhkəmə Səbinə Kətanova ilə bağlı qərar çıxardı
Cəmiyyət
Dünən, 13:20
Nazir qəzalı binaların söküləcəyinin ANONSUNU VERDİ
Dünən, 13:14
Qurban kəsənlər bunlara əməl etməlidir - Vacib məsləhətlər
Dünən, 12:05
Pensiyanın orta aylıq məbləği 500 manat ola bilər
Dünən, 11:54
Uşaq pulu verilə bilər? - Rəsmi AÇIQLANDI
Dünən, 11:31
Skuter sürənlərə bəd xəbər: polis reydləri... - FOTO
1-06-2023, 11:41
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 300 manatdan 5000 manatadək
Kriminal
16-05-2023, 08:37
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - VİDEO
13-04-2023, 10:42
Bakıda dəhşətli cinayət: İki nəfəri yandırıb öldürdü
3-04-2023, 10:41
Psixiatriya Xəstəxanasına salınan yeniyetmə intihara cəhd edib? - FOTO
Son xəbərlər
  • Dünən, 16:00
    Sus və Zabuğa köç nə vaxt başlayır?
  • Dünən, 15:30
    Sabahın hava proqnozu açıqlandı
  • Dünən, 13:20
    Nazir qəzalı binaların söküləcəyinin ANONSUNU VERDİ
  • Dünən, 13:14
    Qurban kəsənlər bunlara əməl etməlidir - Vacib məsləhətlər
  • Dünən, 12:51
    Ermənistan ordusunun acınacaqlı vəziyyəti - VİDEO
  • Dünən, 12:05
    Pensiyanın orta aylıq məbləği 500 manat ola bilər
  • Dünən, 11:58
    İran mediasından SENSASİON məqalə: “Ermənistan Qarabağdan əlini üzür...”
  • Dünən, 11:54
    Uşaq pulu verilə bilər? - Rəsmi AÇIQLANDI
  • Dünən, 11:47
    “Tərtər işi”ndə bəraət alan daha 2 hərbçiyə təzminat veriləcək
  • Dünən, 11:38
    Paşinyandan inanılmaz etiraflar: Putinlə gərginliyi, dalana dirənməkləri...
  • Dünən, 11:31
    Skuter sürənlərə bəd xəbər: polis reydləri... - FOTO
  • Dünən, 10:59
    İlham Əliyev italiyalı həmkarını təbrik edib
  • Dünən, 10:55
    Makron da etiraf etdi: “Qarabağ xalqı” yoxdur - Paşinyanın Moldova məğlubiyyəti
  • Dünən, 10:50
    Nikol 44 günlük müharibə ilə bağlı etiraflar edəcək
  • Dünən, 10:48
    Paşinyan: Biz anklav kəndləri Azərbaycana qaytarmağa hazırıq
  • Dünən, 09:30
    Ermənistan və Azərbaycan bu xəritələr əsasında delimitasiya aparmağa hazırdır - Paşinyan açıqladı
  • Dünən, 09:00
    Makron da Nikola kömək edə bilmədi: Bakı Qarabağda hərəkətə keçəcək
  • Dünən, 08:59
    Paşinyan: Biz anklav kəndləri Azərbaycana qaytarmağa hazırıq
  • Dünən, 08:54
    Paşinyandan Ermənistan dövlətçiliyi ilə bağlı şok etiraf
  • 1-06-2023, 16:00
    Paşinyan dalana dirənib: Sülhə isə Rusiya mane olur - İNCƏLƏMƏ...
  • 1-06-2023, 15:30
    Araik Xocalıda Azərbaycan polisinə təhvil veriləcək - İLGİNC
  • 1-06-2023, 14:22
    Tarverdyan: Ermənistan tələsir, çünki Azərbaycan…
  • 1-06-2023, 12:48
    Prezident “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edir - YENİLƏNİB
  • 1-06-2023, 12:37
    Ərdoğan Azərbaycana gələcək
  • 1-06-2023, 12:23
    ABŞ Əliyevin Xankəndi bəyanatını dəstəklədi: ermənilər şokda - Bu, başlanğıcdır
  • 1-06-2023, 12:00
    İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu - VİDEO
  • 1-06-2023, 11:41
    Azərbaycanda yeni cərimələr müəyyənləşir - 300 manatdan 5000 manatadək
  • 1-06-2023, 11:21
    Zakir Həsənov separatçıların təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verdi - FOTO
  • 1-06-2023, 10:31
    Azərbaycan-İsrail münasibətlərinin inkişafı Qafqaz bölgəsinə nə vəd edir? - RƏY
  • 1-06-2023, 10:27
    Paşinyan Kişinyovda ermənilərlə görüşü rədd etdi
  • 1-06-2023, 10:21
    Model qalmaqalı böyüyür: Ziya Hüseynzadə cəzalandırıldı
  • 1-06-2023, 09:20
    NASA-dan "uçan boşqab"larla bağlı tarixi açıqlama: "Yadplanetlilər..."
  • 1-06-2023, 09:15
    Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib
  • 1-06-2023, 09:11
    Rusiya və Ukrayna sərhədində güclü döyüş gedir - FOTOLAR/VİDEO
  • 1-06-2023, 09:03
    Bu gün İlham Əliyev və Nikol Paşinyan arasında görüş gözlənilir
Daha çox
28-05-2023, 09:38
Mehriban Əliyeva: "Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun"
28-05-2023, 20:34
SON DƏQİQƏ: Ərdoğan xalqa müraciət edir - CANLI VİDEO
27-05-2023, 11:32
İslam İsmayılov: Yaşadılan, yaşayan tarix – 28 may
27-05-2023, 13:48
Laçına ilk köç başladı - FOTO/VİDEO
28-05-2023, 20:29
İlham Əliyev Ərdoğana zəng edib
29-05-2023, 09:32
Makrondan Ərdoğana həm türkcə, həm də fransızca təbrik
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə