Xəbər lenti
» » Bakıda hamilə gəlin özünü 4-cü mərtəbədən atdı

Bakıda hamilə gəlin özünü 4-cü mərtəbədən atdı

Tarix: 11 dekabr 13:21
Bakıda hamilə gəlin özünü 4-cü mərtəbədən atdı


Paytaxtın Xətai rayon sakini, 18 yaşlı Xatirə Aşirova özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Bizimyol.info xəbər verir ki, hadisə dünən axşam saat 21 radələrində baş verib. Onun intihar etməsinin səbəb kimi ailədaxili problemlərinin olması göstərilir.

Xatirə Alişovanın yaxınları bildiriblər ki, qadının həyat yoldaşı evə içkili gəlirmiş.

Hadisə baş verən gün o, əri ilə mübahisə edib.

Xatirə Aşirova 4 aylıq hamilə imiş. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Qadının vəziyyəti ağırdır.

PATRIOT.AZ
 Oxunub: 183 


Oxşar xəbərlər:
Ən çox oxunanlar