ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! İbrahim Cəfərov
bolge
5-04-2023, 10:06
Yel qayadan nə aparar? İt hürər karvan keçər
"Azerbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru İbrahim Cəfərov və oğlu haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar"
Patriot.az-ın əməkdaslarının araşdırması nəticəsində tələbələrdən rektorları haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı yayılan "Gəncədə sabiq rektorun oğlu tələbəyə qarşı “dədləduzluq” edib?" bu başlıqlı məlumatlar tamamilə əsassızdır.
Son günlər bəzi internet saytlarında "Azerbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru İbrahim Cəfərov və oğlu ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, "Azerbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru İbrahim Cəfərov və oğlu haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.
Azərbaycan Dövlət Aqrar Universiteti təhsil alan tələbələr arasında nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq