• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Qərbi Azərbaycan İcması: “Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib”

siyaset

18-03-2023, 10:16

Qərbi Azərbaycan İcması: “Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib”


Qərbi Azərbaycan İcması Avropa Parlamentinin martın 15-də Azərbaycan və Ermənistan ilə əlaqələrinə dair qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatını təqdim edirik:

“İlk öncə qeyd edək ki, insan hüquqlarının Ermənistan tərəfindən sistemli şəkildə pozulmasından əziyyət çəkən İcma olaraq biz insan hüquqları və regional təhlükəsizlik sahəsində beynəlxalq prosesləri çox diqqətlə və xüsusi həssaslıqla izləyirik.

Sülh, təhlükəsiz və insan hüquqları kimi məsələlərin əks olunduğu sözügedən qətnamələr Ermənistanın zorakılıq yolu ilə qovduğu azərbaycanlıların təmsilçisi olan İcmamız üçün birbaşa maraq kəsb edir.

Avropa İttifaqının əsas orqanlarından biri kimi, Avropa Parlamentinin üzərinə İttifaqın əsas sənədlərində ayrı-seçkilik olmadan insanların bərabərliyi və insan hüquqlarının aliliyinin təşviq edilməsinə dair müddəaların yerinə yetirilməsi sahəsində mühüm vəzifələr düşür. Avropa İttifaqı insan hüquqlarının təşviq edilməsi missiyasını könüllü şəkildə öz üzərinə götürüb və prinsip etibarı biz bunu alqışlayırıq.

Lakin təəssüflə qeyd etməliyik ki, Avropa Parlamentinin indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsində fəaliyyət göstəriciləri çox aşağıdır və hətta zərərlidir.

Hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmasına göz yumub. İlk dövrlərdə bunun Avropa parlamentarilərinin məlumatsızlığı və Ermənistanyönümlü lobbi qurumlarının fəaliyyəti ilə bağlı olduğunu güman edirdik.

Lakin sonra məlum oldu ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib, bəzi hallarda onun tutduğu mövqe Ermənistanın mövqeyində də radikal olub.

Təəssüf ki, Avropa Parlamenti 2023-cü il martın 15-də qəbul etdiyi qətnamələrlə öz zərərli ənənəsini davam etdirib.

Ermənistanın yoxlanılmış və yoxlanmamış bütün iddialarının hər birinə gen-bol yer verən qətnamə müəlliflərinin yaxın keçmişdə azərbaycanlıların sayca üstünlük təşkil etdiyi indiki Ermənistan ərazisində indi bir nəfər də olsun azərbaycanlının qalmaması, orada Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susmaları açıq-aşkar qərəzdir.

Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişənin əsas səbəbinin Ermənistanın ksenofobik və ərazi ekspansiyası siyasəti olduğu, Ermənistanın öz ərazisindən bütün azərbaycanlıların qovması olduğu halda, qətnamələrdə ilkin səbəb barədə uydurma iddialar səsləndirilir. Azərbaycan ərazisində yaşamaqda olan ermənilər üçün beynəlxalq sülhməramlı əməliyyat, beynəlxalq qarantiya mexanizmləri tələb edilən qətnamələrdə, nədənsə eyni tələb Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürülmür. Qətnamələrdə Ermənistanın öz ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməyə guya hazır olması kimi ağ yalan əks etdirilib.

Ermənistana aid qətnamənin “İnsan hüquqlarına və fundamental azadlıqlarına hörmət” adlı hissəsində bu ölkənin qanuni sakinləri olan və etnik ayrı-seçkilik əsasında qovulmuş azərbaycanlıların hüquqları barədə bir kəlmə də olsun qeyd yoxdur. Etnik təmizləmə yolu ilə monoetnik əraziyə çevrilmiş Ermənistana münasibətdə belə yanaşma onun apardığı ayrı-seçkiliyə açıq-aşkar dəstək deməkdir.

Qətnamədə eynilə Ermənistan hökuməti kimi, Qərbi Azərbaycan termini ilə bağlı irad bildirilir. Bununla əlaqədar vurğulamaq istərdik ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95 faizindən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, müəyyən maraqları irəlilətməkdir. Biz qeyd etməliyik ki, istənilən qurumun beynəlxalq səviyyədə öz marağını müdafiə etməkdə sərbəst olduğunu qəbul edirik. Avropa Parlamenti də bu mənada istisna təşkil etmir. Lakin biz Avropa Parlamentinin müəyyən dairələrin azərbaycanfob yanaşmalarını irəlilətmək üçün insan hüquqları kimi ülvi dəyərlərdən sui-istifadə etməsinə razı ola bilmərik.

Biz Avropa Parlamentini qərəzli yanaşmadan əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq. Bu məqsədlə Avropa Parlamentinin bizim Avropa İttifaqı Şurasının Prezidentinə göndərdiyimiz müraciətə uyğun olaraq, Avropa İttifaqının Ermənistandakı missiyasının öz mandatı əsasında aşağıdakıların yerinə yetirilməsini təşviq etməsini xahiş edirik:

Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsizliyinə töhfə vermək;

Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair məlumat toplamaq, o cümlədən azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin vəziyyəti barədə hesabatlar hazırlamaq;

Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidələrini ziyarət edə bilmələrinə şərait yaratmaq;

İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülki şəxslərin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən Qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər, sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli, Uşaqlar və silahlı münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair müvafiq proqramlar hazırlamaq və icra etmək.

Nəhayət, biz İcma olaraq “Avropa İttifaqı - Ermənistan əlaqələrinə dair” (P9_TA(2023)0081, 2021/2230(INI)) qətnamədə tövsiyə edilən, barışıq naminə həqiqətlərin araşdırılması üzrə birgə səylərdə iştirak etməyə hazır olduğumuzu ifadə edirik”.

Oxunub: 1 540
Paylaş:
Digər xəbərlər

siyaset

1-02-2023, 09:30

Borrel Aİ-nin Laçın dəhlizi ilə bağlı mövqeyini açıqladı: Azərbaycana qarşı sanksiyalara baxılmır

siyaset

12-01-2023, 10:14

Qərbi Azərbaycan İcmasından Ermənistana tələb

siyaset

20-12-2022, 09:10

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni müraciət təqdim edib

siyaset

8-04-2022, 11:45

Ombudsman Ağdaban soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

siyaset

18-06-2021, 11:09

Azərbaycan XİN Ermənistana çağırış etdi

Şou Biznes
Roza Zəgərlinin oğlundan keçmiş nazirə ittihamlar: "Vətən müharibəsinə film çəkilməli idi..." (VİDEO)
“Rəşadın mənə verəcək cavabı yoxdur”
Nigeriyalı gənc "Ay Laçın" ifası ilə heyrətləndirdi - VİDEO
Röyanın qovulmasına köməkçisindən reaksiya
Seymur Talıbov və Röya Ayxan BDU-ya necə qəbul olub? — RƏSMİ
Tünzalə Əliyevanın əri evdə qadağa qoyub - Əməkdar artistin bacısı danışdı
Cəmiyyət
Bu gün, 10:16
Apreldə 12 gün iş olmayacaq
23-03-2023, 10:09
Azərbaycanda Ramazan ayı başlayıb
22-03-2023, 09:02
“Yol terroru”nun piyada qurbanları: 3D formatlı zolaqlar qəzaların qarşısını ala bilər? - AÇIQLAMA
17-03-2023, 16:00
Azərbaycan əhalisinin sayı açıqlanıb
17-03-2023, 15:30
Talışa köçürülən ailələr belə evlərdə qalacaq - FOTOLAR
17-03-2023, 13:22
Hikmət Şikarov: Ümummilli Liderin qoyduğu bu ənənə onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Kriminal
13-03-2023, 12:04
İcra başçısının köməkçisi özünə niyə qəsd edib? - Atasından açıqlama
13-03-2023, 09:31
Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı - Foto
7-03-2023, 15:30
Rəşad Dağlının həbs müddəti nə qədər olacaq? - AÇIQLAMA
Son xəbərlər
  • Bu gün, 10:32
    ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb
  • Bu gün, 10:27
    Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər
  • Bu gün, 10:22
    “Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”
  • Bu gün, 10:16
    Apreldə 12 gün iş olmayacaq
  • Dünən, 11:28
    Ararat Mirzoyan: "Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır"
  • Dünən, 11:24
    ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
  • Dünən, 11:20
    İlk “Altay” tankları Türkiyə ordusunun istifadəsinə veriləcək
  • Dünən, 11:16
    "SEPAH üzvləri arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır" - RƏY
  • Dünən, 11:11
    Azərbaycan və Misir prezidentləri arasında telefon danışığı olub
  • Dünən, 11:02
    Ukrayna Baş Qərargahı: “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”
  • Dünən, 10:56
    Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi
  • Dünən, 10:51
    İsmayıllıda zəlzələ olub
  • 23-03-2023, 10:24
    FED-in yeni qərarından sonra manatı nə gözləyir?
  • 23-03-2023, 10:19
    ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
  • 23-03-2023, 10:14
    Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
  • 23-03-2023, 10:09
    Azərbaycanda Ramazan ayı başlayıb
  • 23-03-2023, 10:05
    Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?
  • 23-03-2023, 09:51
    Ermənistan - Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu
  • 23-03-2023, 09:47
    Ərdoğan: "Zəlzələdə dağılan binalarla bağlı 302 nəfər həbs olunub"
  • 22-03-2023, 09:54
    Pakistanda zəlzələ qurbanlarının sayı artdı
  • 22-03-2023, 09:50
    Fərrux əməliyyatı bizə hansı üstünlüklər qazandırdı? - VİDEO
  • 22-03-2023, 09:11
    Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 11 nəfər öldü
  • 22-03-2023, 09:06
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  • 22-03-2023, 09:02
    “Yol terroru”nun piyada qurbanları: 3D formatlı zolaqlar qəzaların qarşısını ala bilər? - AÇIQLAMA
  • 22-03-2023, 08:54
    UNICEF rəhbəri “Talibanı” qızları dərhal məktəblərə qaytarmağa çağırıb
  • 22-03-2023, 08:49
    Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
  • 22-03-2023, 08:44
    101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur
  • 18-03-2023, 20:55
    “Bütün dünya sizinlə bacara bilmədi” - Sakindən İlham Əliyevə
  • 18-03-2023, 13:04
    Prezident: “30 il ərzində işğalla bağlı beynəlxalq təşkilatlarda sözümüzə reaksiya verən qurum tapılmadı”
  • 18-03-2023, 13:00
    Prezident Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib
  • 18-03-2023, 12:46
    İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər
  • 18-03-2023, 10:20
    DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var - FOTO
  • 18-03-2023, 10:16
    Qərbi Azərbaycan İcması: “Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib”
  • 18-03-2023, 10:12
    Piyadanı vurub qaçan bloqer Səbinə Kətanovaya hökm oxundu
  • 18-03-2023, 09:30
    Prezident xalqı təbrik etdi
Daha çox
18-03-2023, 20:55
“Bütün dünya sizinlə bacara bilmədi” - Sakindən İlham Əliyevə
22-03-2023, 09:50
Fərrux əməliyyatı bizə hansı üstünlüklər qazandırdı? - VİDEO
22-03-2023, 09:54
Pakistanda zəlzələ qurbanlarının sayı artdı
22-03-2023, 09:11
Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 11 nəfər öldü
23-03-2023, 10:24
FED-in yeni qərarından sonra manatı nə gözləyir?
23-03-2023, 10:19
ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə