Qadının küçədən əri, atası və qayınanası tərəfindən zorla qaçırılması barədə xəbər vermişdik.
22 yaşlı gənc xanımın həyat yoldaşı və yaxınları tərəfindən şiddətə məruz qaldığı iddia edilir.
Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
İddialara görə, qadın anasız böyüyüb. Atası Günəşlidə ögey anası ilə birgə yataqxanada yaşayır. Binəqədiyə ərə gəlib. Gələn gündən qayınanasından və ərindən şiddət görüb. 3 yaşlı övladını əlindən alıblar.
Həmçinin o da qeyd olunur ki, qadın evləndiyi gündən bu yana dükanda işləyib. Əri isə işsizdir və tüfeyli həyat sürür. Qadını aldadaraq ərizəsini geri götürməsini və yalnız bundan uşağı geri verəcəklərini deyirlər. Atası hazırda Binəqədidə ərinin evindədir. Polislər atasını və ərini heç yarım sutka saxlamadan buraxıblar.