24-01-2023, 11:14
Bu tarixdən bütün sosial yardımlar artımlarla ödəniləcək

Bu tarixdən bütün sosial yardımlar artımlarla ödəniləcək


Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın