• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Paşinyanın ANTİRUSİYA GEDİŞLƏRİ... - Bizə nə düşür?

siyaset

19-01-2023, 13:22



Avropa İttifaqının (Aİ) 200-dən artıq nümayəndədən ibarət yeni missiyası fevralın 20-dən etibarən Ermənistanda fəaliyyətə başlayacaq. İrəvana göndəriləcək yeni heyətlə bağlı qərarın yanvarın 23-də Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə veriləcəyi gözlənilir.

Bundan əvvəl Avropa Şurasının siyasət və təhlükəsizlik komitəsi belə bir layihəni qəbul edib, yanvarın 16-da isə onu müşahidə missiyaları ilə məşğul olan komitə təsdiqləyib.

Ermənistana göndəriləcək heyətin silahsız olacağı bildirilir. Onların mandatına gəlincə, Ermənistanın Azərbaycanla sərhədyanı və konfliktin təsir göstərdiyi rayonlarında insidentlərin, orada yaşayan əhali üçün təhlükənin azaldılması və bununla da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Aİ-nin Xarici İşlər Nazirliyinə tövsiyə olunub ki, yaxın günlərdə xüsusi fəaliyyət planı hazırlasın, missiyanın təhlükəsizliyinin hansı vəsaitlə təmin olunacağı, risklərin necə dəyərləndiriləcəyi, hansı müdafiə vasitələrinin təqdim olunacağı, gərəkərsə, müşahidəçilərin evakuasiyasının necə təşkil olunacağı göstərilsin.

Xatırladaq ki, Avropa İttifaqının bundan əvvəl Ermənistana göndərdiyi missiyanın tərkibi 40 nəfərdən ibarət olub. Dekabrın 20-də onların 2 aylıq fəaliyyət müddəti bitib. Daha sonra Avropa İttifaqı İrəvana daha böyük kontingentdən ibarət olan uzunmüddətli missiya göndərmək qərarına gəlib. Bu barədə təklifin əsas müəllifi Fransa olub.

Avropalı heyətin Ermənistan göndərilməsi ideyası ötən ilin sentyabrın 13-14-də sərhəddə baş verən döyüş əməliyyatlarından sonra ortaya çıxıb. Ermənistan rəhbərliyi Avropa İttifaqına müraciət edərək, dövlət sərhədlərində insidentlərin qarşısının alınmasına yardım etməyə çağırmışdı. Xatırladaq ki, həmin döyüşlərdə Ermənistan ölü və yaralı olaraq 500 hərbçi itirmişdi, çoxlu sayda hərbi texnika, HHM sistemləri, döyüş postları məhv edilmişdi. Azərbaycan ordusu şərti sərhəddə strateji yüksəkliklərə nəzarəti ələ keçirmişdi.

Azərbaycan Avropa İttifaqının missiyasının Ermənistana göndərilməsindən narazıdır, Prezident İlham Əliyev bəyan edib ki, Aİ bu addımıyla təhlükəsizliyə töhfə vermir, Ermənistanla Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışırlar şübhə altına qoyur.

İrəvan-Brüssel münasibətlərində bu yaxınlaşma Rusiya-Ermənistan arasında qarşıdurmanın artdığı dövrə təsadüf edir. Baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında müttəfiqlərinin ünvanına kəskin ittihamlar səsləndirib. Baş nazir Laçın yolunda 1 aydan artıq davam edən gərginliyin Rusiyanın məsuliyyəti ucbatından yarandığını bildirib və İrəvanın prosesə müdaxilə etmək niyyətində olmadığını açıqlayıb. Habelə, Paşinyan KTMT-nin Ermənistanın etibarlı təhlükəsizlik maraqlarına cavab vermədiyini bəyan edərək, bu hərbi ittifaqdan gözləntilərinin olmadığını vurğulamışdı. Bununla bərabər, o, KTMT-ni 2023-cü ildə Ermənistan ərazisində hərbi təlimlər keçirməsinə ehtiyac olmadığını bildirmişdi. Paşinyanın bu bəyanatları Moskvada qəzəblə qarşılanmışdı və Rusiya XİN-in rəsmi nümayəndəsi İrəvanı Azərbaycanla sülh prosesini pozmaqda ittiham etmişdi.

Ötən on gün ərzində Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasının qarşısında keçirilən iki etiraz aksiyası diqqət çəkir. Aksiya parlamentə təmsil olunmayan qüvvələr tərəfindən keçirilib və əsas şüarı Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasıdır. Doğrudur, mitinq polis qüvvələri tərəfindən dağıdılıb və 70-ə yaxın şəxs həbs olunub. Amma sözügedən hadisə rus hərbi bazalarının Ermənistandan çıxarılması məsələsini gündəmə gətirib. Baş nazir N.Paşinyan özü bu barədə deyib ki, Rusiya hərbi bazasının mövcudluğu Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermir. Ondan sonra hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Qurgen Arsenyan deyib ki, Rusiya hərbçilərinə ehtiyac Ermənistanın dövlət quruculuğunun ilk illərindəki baxışların nəticəsidir, lakin onların ölkədə mövcudluğu əbədi deyil. O bildirib ki, Rusiya qoşunları ölkədə olmasa Ermənistan Türkiyəyə hər hansı təhdid yaratmayacaq və beləcə Türkiyənin sadəcə qonşusu olacaq. Erməni siyasətçi vurğulayıb ki, indi ölkə rəsmiləri qonşularla əlaqələri tənzimləyərək, ölkənin inkişafına fürsətlər yaratmaqdadır. Əlavə edib ki, bu məqsədlərə nail olunduğu təqdirdə Rusiyanın ölkədə hərbi mövcudluğu əhəmiyyətini itirəcək. Arsenyanın sözlərinə görə, 1990-cı illərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna ölkənin xilası kimi baxılırdı. Lakin Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib. Ona görə də, əgər Rusiya qoşunları ölkəni tərk etsələr, Türkiyə Ermənistan üçün adi qonşu olacaq.

Deputatın dedikləri əslində Paşinyan hökumətinin siyasi prioritetlərini əks etdirir. Xatırladaq ki, Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılması istiqamətində diplomatik fəallıq artıb. Artıq iki ölkə arasında aviareyslər açılıb və yüklərin həm hava, həm də quru yolla daşınmasına başlanılıb.

Rusiya-Ermənistan arasında əsas ziddiyyətlərin biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. 10 noyabr bəyanatına görə, Azərbaycanla Naxçıvan MR arasında quru yol açılmalıdır və ona Rusiya xüsusi xidmət orqanları nəzarət etməlidirlər. Paşinyan bunu Ermənistanın suverenliyinin pozulması adlandırıb və hər hansı dəhlizin açılmasına imkan verməyəcəklərini bəyan edib. O bildirib ki, münaqişədən əvvəl mövcud olmuş kommunikasiyaların, Azərbaycan, Rusiya, İran və Türkiyə ilə avtomobil, dəmir yollarının bərpasına hazırdır, amma Zəngəzur dəhlizi heç bir halda açılmayacaq.

Beləliklə, İrəvanın yürütdüyü siyasətin yaratdığı mənzərə Rusiyanın tədricən Ermənistandan çıxarılması və onu Qərbin, Avropa İttifaqının əvəzləməsindən ibarətdir. 200 nəfərdən artıq avropalının 2 illik missiya ilə Azərbaycanla sərhədə göndərilməsi, bu istiqamətdən olacaq riskləri sığortalamaq məqsədi daşıyır. İrəvanda hesab edirlər ki, Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur etmək üçün delimitasiya olunmamış sərhəddən təzyiqlər edəcək, Rusiya da bunda maraqlıdır. Avropalı müşahidəçilərin gəlişindən sonra belə əməliyyatların keçirilməsi faktiki mümkünsüzdür. Hər halda, erməni rəsmiləri belə düşünürlər.

Azərbaycan Ermənistanın bu addımlarından narazı olsa da, ona qarşı xüsusi addımlar atacağı inandırıcı deyil. Amma bu ölkədə hərbi-siyasi mövcudluğu getdikcə təhlükə altına düşən Rusiyanın hansı addımlar atacağını proqnozlaşdırmaq çətindir. Xatırladaq ki, hazırda Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya Sərhəd Xidməti tərəfindən qorunur. Çox güman, Paşinyan hökuməti bu barədə müqavilənin ləğvini də gündəmə gətirəcək. Deputat Qurgen Arsenyan Rusiya hərbçilərinin Ermənistandakı mövcudluğunu 90-cı illərin zərurəti ilə əsaslandırması prosesə zəmin hazırlanmasından xəbər verir. Əlbəttə, Rusiya bütün təsir rıçaqlarını işə salaraq Paşinyanın planlarını pozmağa çalışacaq. Amma 1 il əvvəllə müqayisədə Moskvanın imkanları xeyli zəifdir, üstəlik, Ukraynadakı məğlubiyyətin sürətlənməsi onun regionda durumunu daha da mürəkkəbləşdirir. Çox güman, Paşinyan hökuməti Rusiyan Ermənistandan çıxarılması prosesini tədricən aparacaq və Rusiya-Ukrayna müharibəsinin yekun nəticələrindən asılı olaraq, həlledici qərarlar verəcək. //pressklub.az//

Oxunub: 450
Paylaş:
Digər xəbərlər

siyaset

23-05-2022, 12:32

Son görüş hansı nəticələr vəd edir? - ŞƏRH

dunya

24-12-2021, 10:27

İstanbuldan İrəvana uçuşları bu aviaşirkət HƏYATA KEÇİRƏCƏK

siyaset

19-10-2021, 11:41

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

siyaset

10-03-2021, 13:46

Azərbaycan Prezidenti Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

siyaset

13-02-2020, 12:47

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi — FOTO

Şou Biznes
Roza Zəgərlinin oğlundan keçmiş nazirə ittihamlar: "Vətən müharibəsinə film çəkilməli idi..." (VİDEO)
“Rəşadın mənə verəcək cavabı yoxdur”
Nigeriyalı gənc "Ay Laçın" ifası ilə heyrətləndirdi - VİDEO
Röyanın qovulmasına köməkçisindən reaksiya
Seymur Talıbov və Röya Ayxan BDU-ya necə qəbul olub? — RƏSMİ
Tünzalə Əliyevanın əri evdə qadağa qoyub - Əməkdar artistin bacısı danışdı
Cəmiyyət
Bu gün, 10:16
Apreldə 12 gün iş olmayacaq
23-03-2023, 10:09
Azərbaycanda Ramazan ayı başlayıb
22-03-2023, 09:02
“Yol terroru”nun piyada qurbanları: 3D formatlı zolaqlar qəzaların qarşısını ala bilər? - AÇIQLAMA
17-03-2023, 16:00
Azərbaycan əhalisinin sayı açıqlanıb
17-03-2023, 15:30
Talışa köçürülən ailələr belə evlərdə qalacaq - FOTOLAR
17-03-2023, 13:22
Hikmət Şikarov: Ümummilli Liderin qoyduğu bu ənənə onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Kriminal
13-03-2023, 12:04
İcra başçısının köməkçisi özünə niyə qəsd edib? - Atasından açıqlama
13-03-2023, 09:31
Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı - Foto
7-03-2023, 15:30
Rəşad Dağlının həbs müddəti nə qədər olacaq? - AÇIQLAMA
Son xəbərlər
  • Bu gün, 10:32
    ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb
  • Bu gün, 10:27
    Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər
  • Bu gün, 10:22
    “Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”
  • Bu gün, 10:16
    Apreldə 12 gün iş olmayacaq
  • Dünən, 11:28
    Ararat Mirzoyan: "Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır"
  • Dünən, 11:24
    ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
  • Dünən, 11:20
    İlk “Altay” tankları Türkiyə ordusunun istifadəsinə veriləcək
  • Dünən, 11:16
    "SEPAH üzvləri arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır" - RƏY
  • Dünən, 11:11
    Azərbaycan və Misir prezidentləri arasında telefon danışığı olub
  • Dünən, 11:02
    Ukrayna Baş Qərargahı: “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”
  • Dünən, 10:56
    Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi
  • Dünən, 10:51
    İsmayıllıda zəlzələ olub
  • 23-03-2023, 10:24
    FED-in yeni qərarından sonra manatı nə gözləyir?
  • 23-03-2023, 10:19
    ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
  • 23-03-2023, 10:14
    Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
  • 23-03-2023, 10:09
    Azərbaycanda Ramazan ayı başlayıb
  • 23-03-2023, 10:05
    Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?
  • 23-03-2023, 09:51
    Ermənistan - Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu
  • 23-03-2023, 09:47
    Ərdoğan: "Zəlzələdə dağılan binalarla bağlı 302 nəfər həbs olunub"
  • 22-03-2023, 09:54
    Pakistanda zəlzələ qurbanlarının sayı artdı
  • 22-03-2023, 09:50
    Fərrux əməliyyatı bizə hansı üstünlüklər qazandırdı? - VİDEO
  • 22-03-2023, 09:11
    Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 11 nəfər öldü
  • 22-03-2023, 09:06
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  • 22-03-2023, 09:02
    “Yol terroru”nun piyada qurbanları: 3D formatlı zolaqlar qəzaların qarşısını ala bilər? - AÇIQLAMA
  • 22-03-2023, 08:54
    UNICEF rəhbəri “Talibanı” qızları dərhal məktəblərə qaytarmağa çağırıb
  • 22-03-2023, 08:49
    Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
  • 22-03-2023, 08:44
    101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur
  • 18-03-2023, 20:55
    “Bütün dünya sizinlə bacara bilmədi” - Sakindən İlham Əliyevə
  • 18-03-2023, 13:04
    Prezident: “30 il ərzində işğalla bağlı beynəlxalq təşkilatlarda sözümüzə reaksiya verən qurum tapılmadı”
  • 18-03-2023, 13:00
    Prezident Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib
  • 18-03-2023, 12:46
    İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər
  • 18-03-2023, 10:20
    DSX və DİN İranla sərhəddə əməliyyat keçirib, saxlanılanlar var - FOTO
  • 18-03-2023, 10:16
    Qərbi Azərbaycan İcması: “Avropa Parlamenti bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib”
  • 18-03-2023, 10:12
    Piyadanı vurub qaçan bloqer Səbinə Kətanovaya hökm oxundu
  • 18-03-2023, 09:30
    Prezident xalqı təbrik etdi
Daha çox
18-03-2023, 20:55
“Bütün dünya sizinlə bacara bilmədi” - Sakindən İlham Əliyevə
22-03-2023, 09:50
Fərrux əməliyyatı bizə hansı üstünlüklər qazandırdı? - VİDEO
22-03-2023, 09:54
Pakistanda zəlzələ qurbanlarının sayı artdı
22-03-2023, 09:11
Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 11 nəfər öldü
23-03-2023, 10:24
FED-in yeni qərarından sonra manatı nə gözləyir?
23-03-2023, 10:19
ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə